STP Şrkətlər Qrupu bu beynəlxalq sertifikatı əldə edən ilk və yeganə yerli qurum oldu!
Bu sertifikat bir çox beynəlxalq və yerli sənaye nəhəngləri ilə əməkdaşlıq etmək üçün böyük imkanlar açmaqla yanaşı həmçinin müvafiq sənaye sektorlarında nəzərdə tutulan ölkəxarici irimiqyaslı layihələrdə olacaq strateji tərəfdaşlıqlar üçün əlverişli fürsətdir.(®) STP Şirkətlər Qrupu, AS 9100D nüfuzlu beynəlxalq standartı üzrə sertifikatlaşdırmaya nail olan ilk və yeganə yerli şirkət olub. Bu nailiyyət STP Şirkətlər Qrupunun ölkədə sənaye sektorundakı qabaqcıl rolunu və aviasiya, aerokosmik və müdafiə sənayesinə olan sadiqliyini bir daha nümayiş etdirir.
Bu barədə STP Şirkətlər Qrupunun yayadığı məlumatda deyilir.
"Beynəlxalq Aerokosmik Keyfiyyət Qrupu (IAQG) tərəfindən hazırlanmış və Beynəlxalq Avtomobil Mühəndislər Cəmiyyəti (SAE International) tərəfindən təsdiqlənmiş AS 9100D standartı aviasiya, aerokosmik və müdafiə sənayesinin yüksək tələblərinə uyğunlaşdırılmış, lazımi keyfiyyəti sərgiləyən bir standartlaşmadır. Beynəlxalq sertifikasiya şirkəti olan "Bureau Veritas UK" tərəfindən həyata keçirilən uğurlu sertifikatlaşdırma auditi STP Şirkətlər Qrupunu beynəlxalq stadartlara cavab verən, keyfiyyətli məhsul və xidmətləri təqdim etməyə qadir olan regional lider kimi təsdiq etdi", - məlumatda qeyd edilib.
Vurğulanıb ki, bu sertifikat bir çox beynəlxalq və yerli sənaye nəhəngləri ilə əməkdaşlıq etmək üçün böyük imkanlar açmaqla yanaşı həmçinin müvafiq sənaye sektorlarında nəzərdə tutulan ölkəxarici irimiqyaslı layihələrdə olacaq strateji tərəfdaşlıqlar üçün əlverişli fürsətdir.
STP Şirkətlər Qrupunun Baş İcraçı Direktoru Hicran Valehov bu uğurla bağlı fikir bildirərək deyib: “Biz Azərbaycanda yerli şirkətlər sırasında AS 9100D standartlaşma sertifikatını əldə edən ilk və yeganə şirkət olmaqdan qürur duyuruq. Bu nəailiyyəti, regionda innovasiya və sənaye liderliyinə aparan bir yol kimi təzahür etmək olar. İnanırıq ki, əldə etdiyimiz uğur, aviasiya, aerokosmik və müdafiə sektorlarının inkişafına təkan verməklə yanaşı ölkə iqtisadiyyatına da olan mühüm təsirini göstərəcək.”
STP Şirkətlər Qrupunun tərkibində fəaliyyət göstərən şirkətlərin bütün məhsul və xidmətləri haqqında ətraflı məlumatı *0990 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlayaraq, rəsmi İnternet səhifəsinə daxil olaraq və ya sosial şəbəkələrdəki səhifələrimizi izləməklə əldə edə biərssinizş
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 29 d. əvvəl
-
- 47 d. əvvəl
-
1 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Sabaha olan hava proqnozu
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Ən çox oxunanlar
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq






















