Coca-Cola Fondunun dəstəyi ilə Şamaxının Mərzəndiyə kəndinin içməli su təminatı yaxşılaşdırılır
20 dekabr tarixində Şamaxı şəhər Yaradıcılıq Mərkəzində Coca-Cola Fondunun, Qlobal Su Çağırışı üzrə Koalisiyasının dəstəyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) və Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, “EcoHub” ekoloji platformasının təşəbbüsü ilə həyata keçirilən “Dayanıqlı Su Təşəbbüsləri” Proqramı çərçivəsində icra olan “Şamaxı rayonunun Mərzəndiyə kəndinin su təminatının yaxşılaşdırılması” layihəsinin təqdimatı keçirilib.
Mərzəndiyə kəndinə yeni su xəttinin çəkilişinə başlanılması ilə əlaqədar keçirilən tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, “EcoHub” ekoloji platformasının direktoru Tükəzban Ağababayeva, ADSEA-nın “Regional Su Meliorasiya Xidməti”nin sədr müavini Şöhrət Süleymanov və Coca-Cola şirkətinin Avrasiya ölkələri üzrə İctimaiyyətlə Əlaqələr direktoru Elşad Fərzəliyev iştirak edib.
Layihə çərçivəsində Mərzəndiyə kənd sakinlərinin uzun müddətdir gözlədiyi içməli su təminatının yaxşılaşdırılması məqsədilə infrastrukturun qurulması və su resurslarının səmərəli idarə olunmasına dair tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bu təşəbbüs içməli suyun təminatı üçün boru xətlərinin çəkilməsinə və kənd sakinlərinin həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir. Mühüm layihənin həyata keçirilməsi nəticəsində kənddə yaşayan 1311 sakin keyfiyyətli içməli su ilə təmin ediləcək.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov çıxışında son illər rayon ərazisində həyata keçirilən geniş miqyaslı abadlıq və infrastruktur layihələrindən, o cümlədən kənd və qəsəbələrin su təminatının gücləndirilməsi istiqamətində görülən işlərdən danışıb. O, Mərzəndiyə kəndinə su xəttinin çəkilişinə dəstək göstərən bütün tərəfdaşlara təşəkkürünü bildirib.
Rəsmi mərasimdə çıxış edən Coca-Cola şirkətinin Avrasiya ölkələri üzrə İctimaiyyətlə Əlaqələr direktoru Elşad Fərzəliyev bildirib ki, su təminatının yaxşılaşdırılmasına yönələn layihələrin icrası şirkətin əsas prioritetlərindən biridir: “Coca-Cola-nın da dəstəyi ilə Mərzəndiyə kəndinin uzun illərdir davam edən su problemi nəhayət ki, öz həllini tapır. Biz şirkət olaraq bu təşəbbüsü dəstəkləməkdən qürur duyuruq. Kənd əhalisinin 2025-ci ilin Novruz bayramı ərəfəsində içməli su ilə təmin edilməsini səbirsizliklə gözləyirik. İnanıram ki, əməkdaşlığımız gələcəkdə də genişmiqyaslı layihələrin keçirilməsinə yol açacaq”.
Tədbirdə “EcoHub” ekoloji platformasının direktoru Tükəzban Ağababayeva layihənin əsas məqsədlərini təqdim edərək, ölkəmizdə əhalinin dayanıqlı və keyfiyyətli içməli suya çıxışının təmin olunması üçün dövlət qurumları tərəfindən həyata keçirilən irimiqyaslı işlərə əlavə dəstəyin əhəmiyyətini qeyd edib. O, sektorlararası əməkdaşlığın bu cür layihələrin uğurla gerçəkləşməsində mühüm rol oynadığını, özəl sektorun da korporativ sosial məsuliyyət çərçivəsində su təminatı sahəsinə diqqət ayırmasının vacibliyini vurğulayıb. Tükəzban Ağababayeva “EcoHub”un ölkəmizdə fəaliyyət göstərən şirkətlərə ətraf mühitə dair layihələrə daha həssas yanaşmaları üçün mütəmadi çağırışlar etdiyini bildirərək, Mərzəndiyə kəndində həyata keçirilən bu təşəbbüsün müsbət nəticələrini böyük həyəcanla gözlədiklərini əlavə edib.
Həmçinin ADSEA-nın “Regional Su Meliorasiya Xidməti”nin sədr müavini Şöhrət Süleymanov layihənin icrası ilə bağlı zəruri avadanlıqlar və texniki imkanların tam hazır olduğunu bildirib: “Bu təşəbbüs su resurslarının idarəolunması və içməli su təminatının yaxşılaşdırılması sahəsində vacib addımdır. Hazırda Mərzəndiyə kəndində su çəkilişi işlərinə Şamaxı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən artıq başlanıb və proses sürətlə davam etdirilir. Layihənin uğurla başa çatdırılması üçün həm müasir texnologiyalar, həm də qabaqcıl idarəetmə üsulları tətbiq edilir. Gözləntimiz odur ki, belə təşəbbüslər digər regionlarda da tətbiq olunaraq su resurslarının idarə olunmasında müsbət təcrübələr yaradacaq”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
6 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
-
7 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
8 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI
Dekabrda Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 3%-dən çox, mobil internetin sürəti isə 6%-dək artıb
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir
Mənzil axtaranların diqqətinə: Yasamalda büdcəyə uyğun, tam təmirli mənzillər satışda






















