"Kapital Bank" "Port Baku"da ofis almayıb, icarəyə götürüb. Daşınmaz əmlak almaqdan uzaq durmağa çalışırıq"
"Kapital Bank"ın əməkdaşlarının sayı artır, artıq Bankın 6 minə yaxın əməkdaşı var."Kapital Bank" "Port Baku"da ofisi almayıb, icarəyə götürüb. Bankın inzibati xərclərinin artmasının səbəblərindən biri də, "Port Baku"da ofisin icarəyə götürülməsidir".
Marja.az xəbər verir ki, bunu "Kapital Bank" ASC-nin İdarə Heyətinin sədri, Baş İcraçı Direktoru Fərid Hüseynov mətbuat konfransında bildirib.
O, "Kapital Bank"ın Baş İdarəsinin "Port Baku" biznes mərkəzinə köçməsilə əlaqədar bildirib ki, bu proses hələ də davam edir:
"Məsəd odur ki, biz hamımız, Baş idarə olaraq bir yerə toplanaq, daha müasir və rahat ofisdə fəaliyyət göstərək. Son bir ildə "Kapital Bank"ın Baş idarəsinin əməkdaşları 5 ayrı ofidə çalışıb. Bu, əməkdaşlarımız üçün istədiyimiz qədər rahat deyildi. Əməkdaşlarımıza hər zaman diqqət göstəririk. Rəqəmsallaşmağımıza baxmayaraq əməkdaşlarımızın, filiallarımızın da sayı artır. Çünki biz yeni fərqli layihələr reallaşdırırq. Artıq "Kapital Bank"ın 6 minə yaxın əməkdaşı var".
"FİLİALLAR ÜÇÜN OFİSLƏRİ İCARƏYƏ GÖTÜRMƏKDƏ MARAQLIYIQ"
"Kapital Bank" ASC-də İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Emin Məmmədov bildirib ki, "Kapital Bank" aktivlərini maksimum dərəcədə effektiv idarə etməyə çalışır:
"Biz pul axınlarını daşınmaz əmlaka uzunmüddətli yerləşdirməkdən uzaq durmağa çalışırıq. Fəaliyyət göstərdiyimiz filialları icarəyə götürməkdə maraqlıyıq. Çünki, zamanın tələbinə uyğun olaraq biz o aktivlərdən rahat çxa bilək".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 22 d. əvvəl
-
56 d. əvvəl
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Xocalı soyqırımından 34 il ötür
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"





















