ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib
13 dekabr 2024-cü il tarixində qiyabi şəkildə ABB Səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçirilib.
Bu barədə Marja-ya Bankdan bildirilir.
Qeyd edilib ki, Yığıncaqda ABB-nin nizamnamə kapitalı bankın səhmlərinin kütləvi emissiyası nəticəsində əldə edilmiş vəsaitlər hesabına artırılaraq 1 milyard 281 milyon 271 min 392.54 manata çatdırılıb.
Bankın nizamnaməsi yeni redaksiyada təsdiqlənib. Bununla yanaşı, Bankın törəmə innovasiya şirkətinin yaradılması məsələsinə baxılaraq müsbət qərar qəbul edilib.
Qeyd edək ki, 13 dekabr 2024-cü ildə baş tutmuş yığıncaq ABB səhmlərinin kütləvi emissiyasından sonra Bankın səhmdarlarının ilk ümumi yığıncağıdır. Səhm emissiyasından sonra hazırda ABB-nin 35 mindən çox səhmdarı var.
"Ölkəmizdə ilk dəfə olaraq ABB səhmdarları üçün gündəlikdəki məsələlər üzrə elektron qaydada səsvermədə iştirak imkanı yaradılıb. Bu yeni xidmət yığıncaqların məsafədən təşkilinə, bildirişlərin, gündəlikdəki məsələlərlə bağlı məlumatların səhmdarlara operativ və vaxtında çatdırılmasına, kağız daşıyıcılarından istifadənin minimuma endirilməsinə imkan verir",- məlumatda deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 6 d. əvvəl
- 20 d. əvvəl
- 39 d. əvvəl
- 45 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Paşinyan Şahin Mustafayevin Ermənistana səfərini tarixi addım hesab edir
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Mərkəzi Bank NGFS-yə tamhüquqlu üzv qəbul olunub
Avrozonada inflyasiya 3 faizə yüksəlib
Vətəndaşların diqqətinə: bəzi məhsulların poçtla sifarişi zamanı qanunvericiliyin tələblərinə əməl olunmalıdır
“Azmikroinvest”in gəlirləri və xalis mənfəəti artıb
Ən çox oxunanlar
Azərbaycan və Qazaxıstan birgə özəl turizm şirkəti yaradır
"Azərkosmos"ın ixracı cüzi artıb
“Prime Cotton” şirkətinin ixracı 2 dəfəyə yaxın artıb
“Baku Steel Company” ixracını 70 faiz artırıb
Azərbaycanda qaz hasilatı cüzi artıb
1 Mayın hava proqnozu - BAKIDA 19 DƏRƏCƏYƏDƏK, RAYONLARDA 25 DƏRƏCƏYƏDƏK İSTİ GÖZLƏNİLİR






.jpg)
.jpg)










.jpg)







