2025-ci il üçün dövlət büdcəsinin gəlir və xərcləri artırıldı və qəbul edildi
2025-ci il üçün dövlət büdcəsinin xərcləri 41 milyard 407 milyon 600 min manat təşkil edəcək.2025-ci ildə dövlət büdcəsinin gəlirləri 38 milyard 356 milyon manat olacaq.
Bu, Milli Məclisdə müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
Gələn il dövlət büdcəsinin xərcləri isə 41 milyard 407 milyon 600 min manat olacaq.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
XXX
Təklif olunan dəyişikliklər qəbul edildiyi təqdirdə 2025-ci il üçün həm dövlət, həm də icmal büdcələrinin gəlir və xərcləri bərabər olaraq 40 milyon manat artır, yəni dövlət büdcəsinin gəlirləri 38 milyard 356 milyon manat, xərcləri 41 milyard 407 milyon 600 min manat, icmal büdcənin gəlirləri 43 milyard 950 milyon 500 min manat, xərcləri 47 milyard 629 milyon 400 min manat təşkil edəcəkdir.
Marja.az xəbər verir ki, bunu dekabrın 16-da 2025-ci il dövlət büdcəsi layihəsinin müzakirəsinə həsr olunmuş Milli Məclisin plenar iclasında çıxış edən maliyyə naziri Samir Şərifov bildirib.
Nazir bəzi zəruri istiqamətlər üzrə xərclərin artırılması ilə bağlı, o cümlədən müzakirələr zamanı millət vəkillərinin irəli sürdüyü təkliflər də nəzərə alınmaqla təqdim olunan büdcə layihəsinə aşağıdakı dəyişikliklərin edilməsinin məqsədəuyğun hesab olunduğunu bildirib və millət vəkillərini dəqiqləşdirilmiş dövlət və icmal büdcələrin layihələrini və büdcə zərfinə daxil edilmiş digər qanunvericilik aktlarını qəbul etməyə və onlara səs verməyə çağırıb.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 6 saat əvvəl
- 9 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
12 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
12 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
12 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
12 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib
























