Qlobal elektrik avtomobil satışları yenidən rekord qırıb
Böyük Britaniyanın araşdırma şirkəti "Rho Motion "tərəfindən açıqlanan elektrik avtomobil satışları ilə bağlı noyabr ayı məlumatlarına görə, dünyada elektrikli avtomobil satışları noyabr ayında bir əvvəlki aya görə 100 mindən çox artıb. Bu artımla, qlobal elektrikli avtomobil satışları noyabr ayında 1,83 milyona çataraq, ardıcıl üçüncü dəfə satış rekordunu qırıb. Belə ki, elektrik avtomobil satışları noyabrda illik 32 faiz, aylıq 6 faiz artıb.
Bazar araşdırması firması "Rho Motion"un məlumatına görə, tam elektrik və plug-in hibrid avtomobillərin qlobal satışları noyabr ayında ardıcıl yeddinci ay artaraq və ardıcıl üçüncü dəfə rekord qıraraq illik 32 faizlik artıma çatıb.
Marja xəbər verir ki, ay ərzində elektrikli avtomobillərin 70%-i Çində satılıb. Çin satış artımına liderlik etməyə davam edir, Avropada isə satışlar azalıb.
Noyabrda tam elektrik və ya plug-in hibrid olan elektrik avtomobillərinin qlobal satışları illik müqayisədə 32,3 faiz artaraq 1,83 milyon ədədə çatıb. Çində satışlar 50 faiz artaraq 1,27 milyon avtomobil təşkil edib. ABŞ və Kanadada elektrikli avtomobil satışları 16,8 faiz artaraq 0,17 milyon ədəd (170 min ədəd), Avropada isə illik müqayisədə bir qədər azalaraq, oktyabr ayı ilə müqayisədə 7,7 faiz artaraq 0,28 milyon ədəd (280 min ədəd) təşkil edib. Dünyanın qalan hissəsində satışlar 2023-cü ilin noyabr ayı ilə müqayisədə sabit qalıb.
"Rho Motion"ın məlumat meneceri Çarlz Lester "Reuters"ə verdiyi açıqlamada, "Çin mütləq gözləntilərə uyğundur" deyib və əlavə edib ki, hökumət təşviqləri elektrikli avtomobil satışlarını daha da artırıb.
Yanvar-noyabr dövründə dünyada satışlar 25 faiz, Çində isə 40 faiz artıb
2024-cü ilin yanvar-noyabr aylarında dünyada satılan elektrik avtomobillərinin sayı 15,2 milyona çatıb. Ötən ilin eyni dövrü ilə müqayisədə satışlar 25 faiz artıb.
Bu dövrdə ümumi satışın 9,7 milyonu Çində həyata keçirilib. Çində elektrikli avtomobil satışları bu dövrdə illik müqayisədə 40 faiz artıb.
Yanvar-noyabr dövründə Avropa Birliyi və Böyük Britaniyada 2,7 milyon elektrikli avtomobil satışı qeydə alınıb, bu bölgələrdəki satışlar illik 3 azalıb.
ABŞ və Kanadada sözügedən dövrdə 1,6 milyon elektrikli avtomobil satılıb və satışlar illik müqayisədə 10 faiz artıb.
Qalan 1,1 milyon elektrik avtomobili dünyanın qalan hissəsində satılıb.
Dünyada elektrikli avtomobil satışı sentyabrda 1,7 milyon ədəd, oktyabrda isə 1,72 milyon ədəd olmuşdu.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

"Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik"
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
- 11 saat əvvəl
-
-
12 saat əvvəl
Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
- 12 saat əvvəl
-
12 saat əvvəl
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
13 saat əvvəl
Yevlax Pilot Aqroparkın rezidenti Şahdağ Qusar Futbol Klubu ilə tərəfdaşlıq müqaviləsi imzalayıb
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
bp şirkətinin regional prezidenti “Şöhrət” ordeni ilə təltif edildi
-
14 saat əvvəl
“Delta Capital”, “Money Shop” və “Meta-Kapital” şirkətlərinə icrası məcburi göstəriş verilib
-
14 saat əvvəl
Nvidia və Intel arasında 5 milyard dollarlıq strateji investisiya anlaşması
Son Xəbərlər

Xankəndidə yaşayış və qeyri yaşayış sahələrində təmiri işləri aparacaq şirkətlər - MÜQAVİLƏ MƏBLƏĞLƏRİ

Hava şəraitilə əlaqədar - XƏBƏRDARLIQ

Yevlax Pilot Aqroparkın rezidenti Şahdağ Qusar Futbol Klubu ilə tərəfdaşlıq müqaviləsi imzalayıb

Bank 96 ədəd RAM alır

bp şirkətinin regional prezidenti “Şöhrət” ordeni ilə təltif edildi
Ən çox oxunanlar

“Delta Capital”, “Money Shop” və “Meta-Kapital” şirkətlərinə icrası məcburi göstəriş verilib

İngiltərə Mərkəzi Bankı faiz dərəcəsini sabit saxlayıb

Naxçıvanda 106 layihəyə 8,5 milyon manat məbləğində güzəştli maliyyə dəstəyi göstərilib

Sentyabrın 19-da gözlənilən hava şəraiti
