Azərbaycanlı cərrahın əməliyyatı Avropada tədris proqramına daxil edildi
Yeni Klinikada icra olunan əməliyyat Avropada tədris proqramına daxil edildi.Yeni Klinikanın Ümumi Cərrahiyyə şöbəsinin müdiri Elşən Qədimov, onun cərrahi komandası və anestezioloq Lalə Əliyevanın iştirakı ilə baş tutan əməliyyat Avropanın ən qabaqcıl institutlarından biri IRCAD-ın (Institute for Research into Cancer of the Digestive System) təhsil proqramına daxil edilərək rəsmi internet səhifəsində (websurg.com) dərc edilib.
"Yoğun bağırsağın qaraciyər əyriliyinin xərçəngi” diaqnozu səbəbindən icra edilən "Laparoskopik sağtərəfli genişləndirilmiş hemikolektomiya, D3 limfa disseksiya" cərrahi əməliyyatı institutun təyin etdiyi standartlara uyğun icra edilən cərrahi əməliyyat olaraq qəbul edilib.
Beynəlxalq standartlara uyğun icra edilən əməliyyatın dünya miqyasında durmadan böyüyən cərrahlar birliyi üçün olduqca faydalı olduğu qeyd edilərək digər cərrahların tədrisi məqsədilə ekspert videosu olaraq paylaşılıb.
Məlumat üçün bildirək ki, Həzm Xərçəngi Araşdırma İnstitutu və Laparoskopik Təlim Mərkəzi - IRCAD hər il 500 mindən çox cərraha “WeBSurg” virtual universitet vasitəsilə laparoskopik cərrahi təhsil almağa imkan verir. Bu tədris prosesində beynəlxalq standartlara uyğun əməliyyat videolarından istifadə olunur.
Dərc edilən əməliyyatla aşağıdakı keçiddən tanış ola bilərsiniz:
https://websurg.com/doi/vd01en7324
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 22 saat sonra
-
-
15 d. əvvəl
Çin şirkəti Ələtdə günəş panelləri istehsalı müəssisəsinin tikintisinə hazırlaşır
-
20 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 32 d. əvvəl
- 34 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq




















