XRP 3-cü ən böyük kriptovalyuta oldu
Ripple-ın kriptovalyutası XRP 100 milyard dollar bazar dəyərinə çataraq üçüncü ən böyük kriptovalyuta oldu.Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra Ripple-ın kriptovalyutası XRP bahalşamasını davam etdirərək üçüncü ən böyük kriptovalyuta olub.
Marja.az xəbər verir ki, XRP bazar ertəsi təxminən 15 faiz bahalaşaraq 2,50 dollara yüksəib.
CoinGecko-nın məlumatlarına görə, Trampın seçkilərdə qalib gəldiyi 5 noyabrda 30 milyard dollar olan kriptovalyutanın bazar dəyəri 137 milyard dollara çatıb. Beləliklə, XRP Tether və Solana-nı geridə qoyaraq üçüncü ən böyük kriptovalyuta olub.
Trampın seçkilərdə qalib gəlməsi kriptovalyuta bazarlarında spekulyativ həvəs dalğasına səbəb olub. Yeni prezidentin ABŞ-da rəqəmsal aktivlər üçün müsbət mühit yaratmaq vədini yerinə yetirəcəyi gözlənilir.
ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) 2020-ci ildə qeydiyyatdan keçməmiş XRP-nin satışı üçün Ripple-a qarşı iddia qaldırıb. SEC, sədri Gary Gensler-in rəhbərliyi altında çoxsaylı rəqəmsal aktiv şirkətlərinə qarşı iddia qaldırıb. Tramp seçki kampaniyası zamanı Gensleri vəzifədən azad edəcəyinə söz verib, Gensler isə Donald Tramp seçildikdən sonra vəzifəsini tərk edəcəyini açıqlayıb.
Tramp seçki kampaniyası zamanı ABŞ-ı “dünyanın kriptovalyutası mərkəzi” edəcəyinə söz vermişdir.
Ripple internet vasitəsilə pul göndərmək üçün istifadə edilən protokoludur. 2012-ci ildə ABŞ-da yerləşən Ripple Labs tərəfindən hazırlanmış sistem ənənəvi valyutaları, həmçinin Bitcoin və Litecoin kimi kriptovalyutalarda ödənişləri dəstəkləyir. Sistem, rəqəmsal aktivləri blokçeynində XRP adlı kriptovalyuta vasitəsilə göndərir .
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
38 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 41 d. əvvəl
- 53 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı
























