Azercell “Dayanıqlıllığın təmin edilməsində təşkilatların rolu” mövzusunda panel müzakirəsi keçirib
Google, Ambition Loop, Azercell və “Azərbaycan Dəmir Yolları” QSC kimi qlobal və yerli şirkətlərin nümayəndələri dayanıqlı inkişafın təşviqində korporativ məsuliyyət, innovasiya və tərəfdaşlıqların rolunu müzakirə ediblər(®) “Azercell Telekom” MMC yerli və beynəlxalq aparıcı ekspertlərin və biznes liderlərinin iştirakı ilə “Dayanıqlılığın təmin edilməsində təşkilatların rolu” mövzusunda panel müzakirəsi keçirib. Panel iştirakçıları dayanıqlı inkişafın təmin edilməsində iri təşkilatların strateji rolunu gündəmə gətiriblər, iqlim çağırışları ilə mübarizədə innovativ həllərin və tərəfdaşlıqların vacibliyini vurğulayıblar.
Panel müzakirəsinə Azercell-in Hüquq və Data Strategiyası üzrə baş direktoru Şirin Əliyeva, “Azərbaycan Dəmir Yolları” QSC-nın Kommunikasiya departamentinin rəhbəri Aybəniz İsmayılova, Google-un Avropa, Yaxın Şərq və Afrika regionu üzrə Dayanıqlılıq direktoru Adam Elman və Ambition Loop-un həmtəsisçisi Qonzalo Munyoz qatılıblar.
S3-ün regional direktoru Mövlan Paşayevin moderatorluq etdiyi paneldə müzakirələr əsasən ekoloji məsuliyyət sahəsində korporativ liderliyin əsas aspektləri, dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sektorlararası əməkdaşlığın vacibliyi kimi mövzulara fokuslanıb.
Panel iştirakçıları müasir texnologiyaların, o cümlədən süni intellektin iqlim dəyişikliyi ilə mübarizədəki rolu barədə fikir mübadiləsi aparıblar. Google şirkətini təmsil edən Adam Elman süni intellektin bu sahədəki tətbiqi imkanları barədə danışıb. S. Elman bildirib ki, süni intellekt iqlim dəyişikliyi proqnozunu təkmilləşdirə və davamlılıq təşəbbüslərini dəstəkləmək üçün resursları optimallaşdıra bilər.
QHT-ləri təmsil edən Qonzalo Munyoz öz növbəsində bu istiqamətdə önəmli dəyişikliklərə nail olmaq üçün müxtəlif tərəfdaşlıqların əhəmiyyəti haqqında danışıb, sektorlararası və beynəlxalq əməkdaşlığın zəruriliyini vurğulayıb.
Şirin Əliyeva və Aybəniz İsmayılova isə müzakirələr çərçivəsində iştirakçılar ilə yerli təcrübəni bölüşüblər. Şirin Əliyeva Azercell-in ESG strategiyası, o cümlədən bərpa olunan enerji mənbələrindən istifadəyə və enerji səmərəliliyinin artırılmasına yönəlmiş layihələri barədə məlumat verib. Ş. Əliyeva Azercell-in Qarabağda 35 yaşıl baza stansiyasının fəaliyyət göstərdiyini və onların enerji tələbatının 60%-nin bərpa olunan enerji hesabına qarşılandığını qeyd edib. Həmçinin şirkətin qlobal iqlim təşəbbüslərində, o cümlədən BMT-nin Qlobal Sazişi və GSMA-nın İqlim Fəaliyyəti üzrə İşçi Qrupunda fəal iştirakı da vurğulanıb.
Aybəniz İsmayılova ADY-nin bu yaxınlarda dərc olunmuş ESG hesabatını təqdim edərək ölkədə dayanıqlı nəqliyyatın, xüsusilə dəmir yollarının dekarbonizasiya hədəflərinə çatmaq üçün görülən işlər, yaşıl innovasiyalar və qabaqcıl rəqəmsal həllərin tətbiqi haqqında danışıb.
Tədbirin sonunda panel iştirakçıları qlobal iqlim dəyişikliyinin təsirlərinə qarşı effektiv mübarizə üçün korporasiyaların, dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının birlikdə çalışmalı olduğunu bir daha qeyd ediblər. Panel Azercell-in innovasiyalarla yanaşı, davamlı və dayanıqlı inkişafa, yaşıl gələcək naminə həyata keçirdiyi təşəbbüslərə sadiqliyini vurğulayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 9 saat əvvəl
-
-
9 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
- 9 saat əvvəl
-
10 saat əvvəl
Mərkəzi Bank vəziyyəti pisləşmiş sığorta şirkətinə müvəqqəti inzibatçı təyin etdi
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
İstifadəçilərinin sayı 3 milyonu keçib, partnyor şəbəkəsi 4000-ə çatıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Bank filialı üçün mebel alır - TENDER
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
İstiqraz investorlarına milyonlarla dollar borcu olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin maliyyə vəziyyəti pisləşib
Azercell-dən “iPhone” kampaniyası
Bayram günlərində 2156 sığorta hadisəsi qeydə alınıb - 1 MİLYON 243 MİN MANAT ZƏRƏR
Misin qiyməti yeni tarixi rekord qırdı — tonu 13 min dolları keçdi
Yanvarın 7-də gözlənilən hava şəraiti
AZAL: Praqa–Bakı reysi üzrə baş vermiş insidentin qarşısını aviaşirkətin ekipajı alıb
"Quru sərhədlər indiyə qədər bağlı qalır. Bununla belə, əminəm ki, turist sayını 2 dəfə artırmaq real görünür"
























