Ölkədəki balıqçılıq təsərrüfatlarının 85%-dan çox hissəsinin qeydiyyatsız fəaliyyət göstərdiyi üzə çıxıb
Balıqçılıq təsərrüfatlarının ətrafındakı ərazilərdə torpaqların təkrar şorlaşması ilə nəticələnib.Kür-Araz ovalığında kollektor-drenaj sistemləri və suvarılan torpaqların deqradasiyasına qarşı mübarizə üzrə fəaliyyətin auditi zamanı müəyyən edilib ki, ölkə ərazisindəki balıqçılıq təsərrüfatlarının 85%-dan çox hissəsi qeydiyyatsız fəaliyyət göstərib.
Bu, Hesablama Palatasının "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.
Qeyd edilib ki, balıqçılıq təsərrüfatlarının böyük hissəsinin qeydiyyatsız fəaliyyət göstərməsi həmin təsərrüfatların fəaliyyətinin ətraf mühitə təsirinin də qiymətləndirilməsini mümkünsüz edib. Bu isə göllərin ətraf mühitə təsiri ilə bağlı faktiki risklərin də dəyərləndirilməməsi və potensial təhdidlərlə, eləcə də balıqçılıq təsərrüfatlarının ətrafındakı ərazilərdə torpaqların təkrar şorlaşması ilə nəticələnib.
Qeyd edilənlər Su bioresurslarının artırılması bərpası və mühafizəsi fondunun gəlir potensialının daha çox olduğunu və həmin potensialın reallaşdırılması üçün zəruri tədbirlərin eləcə də balıqçılıq təsərrüfatları üzrə daha əhatəli meliorasiya tədbirlərinin həyata keçirilməsinin vacibliyini göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 17 d. əvvəl
- 55 d. əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























