Təhsilin İnkişafı Fondu və Qırmızı Ürəklər Fondu arasında memorandum imzalandı
(®) Təhsil uğurlu gələcəyin, savadlı cəmiyyətin və daha gözəl dünyanın əsasıdır. Buna görə də cəmiyyətimizin həyatına dəyər qatan Qırmızı Ürəklər Fondu vaxtaşırı təhsilə dəstək layihələri ilə gündəmə gəlir.
Bu layihələrdən biri də “Qırmızı Ürəklər Təhsil Təqaüdü Proqramı” çərçivəsində həyata keçirilən “Onu oxut” ianə aksiyasıdır. Aksiya çərçivəsində sosial həssas qruplardan olan yüksək bal toplamış tələbələrə təqaüd verilir. 2023-2024-cü təhsil ilində yüksək bal toplayaraq ali məktəblərə qəbul olan 25 tələbə bu imkandan yararlanma şansı əldə edib.
Proqramın davamı olaraq təhsil sisteminin inkişafına yönələn layihələr üzrə əməkdaşlığın qurulması, eləcə də tələbələr üçün uzunmüddətli təqaüd proqramının təsis edilməsi və həyata keçirilməsi məqsədi ilə Təhsilin İnkişafı Fondu və Qırmızı Ürəklər Fondu arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədi Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov və Qırmızı Ürəklər Fondunun prezidenti Yusif Poladov imzalayıblar.
İmzalanma mərasimində çıxış edən Elnur Nəsibov Fondun həyata keçirdiyi layihələr barəsində ətraflı məlumat verərək, təqaüd layihələrinə hər zaman xüsusi diqqətin ayrıldığını bildirib. O, Fondun ilk layihələrindən birinin məhz “Hənifə Məlikova-Zərdabi adına gənc qızların təhsilinə dəstək” təqaüd proqramının olduğunu, qızların sayının öncə 25, qısa müddət ərzində isə 300-ə çatdığını vurğulayıb.
Qırmızı Ürəklər Fondunun prezidenti Yusif Poladov isə çıxışında Fondun artıq üçüncü ildir ki, sosial həssas qruplardan olan gənclərin təhsilini dəstəklədiyini qeyd edib. “Qırmızı Ürəklər Təhsil Təqaüdü Proqramı həyata keçirildiyi vaxt ərzində sosial dəstəyə ehtiyacı olan 51 tələbəyə təqaüd verilib. Proqramın əsas məqsədi savadlı və istedadlı gənclərin inkişaf etdirilməsi, onların maddi problemlərdən yayınıb şəxsi inkişaflarına fokslanmaları, gələcəkdə cəmiyyətə faydalı vətəndaş kimi formalaşmalarına dəstək olmaqdır”.
Qeyd edək ki, Qırmızı Ürəklər Fondunun başlatdığı “Onu oxut” aksiyası çərçivəsində 2024-2025-ci tədris ilindən etibarən Təhsilin İnkişafı Fondu ilə birgə 600-dən yuxarı bal toplamış 23 nəfər birinci kurs tələbəsinə təhsil müddətində aylıq 200 manat təqaüd veriləcək.
İanə etmək üçün: https://t.ly/zVOkJ
Qeyd edək ki, “Red Hearts”- Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”- ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil olmaq kifayətdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
-
16 d. əvvəl
Mülkiyyətindəki torpaqlarda çalışanlar üçün sosial sığorta haqları artırılacaq
-
1 saat əvvəl
Dövlət büdcəsindən icbari şəxsi sığortayla əlaqədar adambaşına vəsait ayrılması dayandırılır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Naxçıvanda iş quranlar 10 il vergi və rüsumlardan azad edilir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Gələn ildən aylıq gəliri 8 min manatdan çox olanlar üçün sosial sığorta haqqı dəyişir
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
PULLU adam olmaq üçün ilk addımını at
Toy aparıcıları, aşıq, bərbər, pinəçi, dayə, aşbaz, sürücü, bağban və ofisiantlar üçün sosial sığorta haqqı artırılır
Maaş ilə işləyənlər gəlir vergisi də ödəməli olacaqlar
Gələn ildən aylıq gəliri 8 min manatdan çox olanlar üçün sosial sığorta haqqı dəyişir
Ən çox oxunanlar
Qeyri-neft-qaz sektorunda 2500 manatdan çox əməkhaqqı alanlar üçün icbari tibbi sığorta haqqı dəyişir
Restoran və kafe işlədən şəxslər üçün yeni güzəştlər gəlir
Media üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır
Vəkillər və mediatorlar üçün sosial sığorta haqları artırılır
Azərbaycanda istehsal olunan avtomobillərin satışının ƏDV azad olunması üçün şərt müəyyənləşir
Gözəllik salonlarında göstərilən xidmətlərə görə ödənişlər üzrə də ƏDV qaytarılacaq
Evlərini kirayə verənlər üçün vergi dərəcəsi endirilir




















.jpg)




