Çinin telekommunikasiya texnologiyaları şirkətinin nümayəndələri ÇİRES-ə səfər edib
Çin Xalq Respublikasının “FiberHome International Technologies Co. Ltd.” şirkətinin vitse-prezidenti Jun Zhounun rəhbərlik etdiyi nümayəndə heyəti “AzerGold” QSC-nin Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə (ÇİRES) səfər edib.
Azərbaycan İnvestisiya Holdinqi (AİH) ilə “FiberHome Telecommunication Technologies Co., Ltd.” şirkəti arasında əməkdaşlıq üzrə imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq Holdinqin idarəetməsinə verilən şirkətlərdə rəqəmsal həllər və müasir texnologiyaların tətbiqi istiqamətində əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi, istehsalatda mövcud texniki imkanların qiymətləndirilməsi məqsədilə təşkil edilən səfərdə qonaqlar “Çovdar” qızıl mədəni, ÇİRES-də infrastruktur obyektləri, o cümlədən yeni istifadəyə verilmiş Çəndə Qələviləşdirmə Zavodu ilə tanış olub, istehsal prosesinin bütün mərhələlərini izləmək imkanı əldə ediblər.
Qonaqlara “AzerGold” QSC-nin mütərəqqi beynəlxalq təcrübə və standartlar əsasında həyata keçirdiyi hasilat və istehsalat fəaliyyəti zamanı ətraf mühitin mühafizəsi, işçilərin sağlamlığı və təhlükəsiz əmək şəraitinin təmin olunması sahəsində gördüyü işlər barədə məlumat verilib. Həmçinin müasir texnologiyaların tətbiqi istiqamətində həyata keçirilmiş tədbirlərdən danışılıb. Məlumat verilib ki, ÇİRES-də yeni istifadəyə verilən Çəndə Qələviləşdirmə Zavodu ən müasir texnologiyalarla təmin edilib, müəssisədə işçilərin sağlamlığı və əməyin təhlükəsizliyi üçün müasir idarəetmə sistemi qurulub.
Mədən və istehsalat sahəsi ilə tanışlıqdan sonra tərəflər arasında təşkil edilən görüşdə istehsalat sahəsində 5G şəbəkənin formalaşdırılması, avadanlıq, qurğu və sistemlərə IoT – “internet of things” (əşyaların interneti) həllərinin quraşdırılması, SƏTƏM üzrə Smart nəzarət və icra sistemlərinin təkmilləşdirilməsi, əməliyyat-nəzarət bloku və qeydiyyat cihazlarının inteqrasiyası imkanları müzakirə olunub, müəssisədə texniki qulluq üçün mövcud planlama, öncədən xəbərdarlıq sistemləri dəyərləndirilib. Görüşün yekunu olaraq Çin şirkəti tərəfindən Səhmdar Cəmiyyətinin texniki tələbləri və texnoloji ehtiyaclarına uyğun təkliflərin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsinə, daha sonra konkret əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsinə qərar verilib.
Xatırladaq ki, 1999-cu ildən fəaliyyət göstərən “FiberHome Telecommunication Technologies Co., Ltd.” şirkəti Çinin nəhəng telekommunikasiya texnologiyaları şirkətlərindən, habelə dünyanın ən böyük fiber-optik kabel istehsalçılarından biridir. Şirkət optik ötürmə sistemləri, IP şəbəkələri, məlumat mərkəzləri və müasir şəbəkə infrastrukturu həlləri kimi sahələrin daxil olduğu geniş məhsul portfelinə sahibdir və dünyanın 90-dan çox ölkəsində məhsul və xidmətlərin satışını həyata keçirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
-
13 d. əvvəl
Nərimanovda yaşamaq istəyənlər üçün 36 ayadək faizsiz, daxili kredit və ya 20 illik ipoteka fürsəti
- 20 d. əvvəl
-
31 d. əvvəl
Şüşə istehsalçısının nizamnamə kapitalı 144 milyon manat artırılır
-
32 d. əvvəl
İri müəssisələrin özəlləşdirilməsi üçün strateji proqramların qəbulu gözlənilir
- 38 d. əvvəl
-
43 d. əvvəl
Bank of Baku-da İnsan Resurslarında robot – “HRobot” çalışır!
- 50 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mülkiyyətindəki torpaqlarda çalışanlar üçün sosial sığorta haqları artırılacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
PULLU adam olmaq üçün ilk addımını at
Nərimanovda yaşamaq istəyənlər üçün 36 ayadək faizsiz, daxili kredit və ya 20 illik ipoteka fürsəti
Bank çap məhsullarının təminatı üzrə tender elan edir
Bank of Baku-da İnsan Resurslarında robot – “HRobot” çalışır!
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“PAŞA Kapital"ın anderrayter olduğu daha bir istiqraz buraxılışı uğurla yekunlaşıb - 51 İNVESTORDAN 51 SİFARİŞ
Xalq Bank IX Beynəlxalq Bankçılıq Forumunun rəsmi tərəfdaşı olub
Dövlət büdcəsindən icbari şəxsi sığortayla əlaqədar adambaşına vəsait ayrılması dayandırılır
Naxçıvanda işçilərin sosial sığorta haqlarının 100 faizi dövlət büdcəsi hesabına subsidiyalaşdırılacaq
Toy aparıcıları, aşıq, bərbər, pinəçi, dayə, aşbaz, sürücü, bağban və ofisiantlar üçün sosial sığorta haqqı artırılır
Naxçıvanda iş quranlar 10 il vergi və rüsumlardan azad edilir














.jpg)


.jpg)




