Çin Avropa İttifaqından ÜTT-yə şikayət etdi - Yeni ticarət müharibəsi başlaya bilər
Çin, Avropa İttifaqının (Aİ) bu ölkədən idxal olunan elektrik avtomobillərinə əlavə gömrük tarifləri tətbiq etməsi ilə bağlı Ümumdünya Ticarət Təşkilatına (ÜTT) şikayət edib.
Marja.aa xəbər verir ki, Çinin Ticarət Nazirliyi, çinli istehsalçılara sektorun dövlət tərəfindən dəstəklənməsilə (subsidiyalaşdırılması ilə) razılaşmadığını və qəbul etmədiyini açıqlayıb.
Açıqlamada, Pekin administrasiyasının Çin şirkətlərinin qanuni hüquq və mənafelərini qorumaq üçün bütün tədbirləri görəcəyi və bu məsələ ilə bağlı ÜTT-nin mübahisələrin həlli mexanizminə müraciət etdiyi bildirilib.
Açıqlamada Çinin mübahisələrin dialoq yolu ilə həllinin tərəfdarı olduğu və Aİ ilə yeni mərhələli danışıqların aparıldığı bildirilib və əlavə edilib: “Ümid edirik ki, Avropa tərəfi Çinlə konstruktiv şəkildə əməkdaşlıq edəcək. Hər iki tərəf üçün də məqbul olacaq və ticari mübahisələrə səbəb olmayacaq bir həll yolu tapıla bilər."
Aİ Komissiyası dünənki bəyanatında Çində istehsal edilən elektrik avtomobilləri ilə bağlı subsidiya araşdırmasının tamamlandığını və 5 il müddətinə bu ölkədən Avropa İttifaqına elektriklə işləyən avtomobil idxalına əlavə gömrük rüsumlarının tətbiq edildiyini açıqlayıb.
Bu gün qərar AB Rəsmi Jurnalında dərc olunduqdan sonra sabahdan etibarən qüvvəyə minəcək. Yeni tənzimləmə ilə ABŞ-ın elektrikli vasitə istehsalçısı Tesla-nın Çində istehsal etdiyi modellərə 7,8%, Çin şirkətləri BYD-nin modellərinə 17%, Geely-nin modellərinə 18,8% , araşdırma ilə bağlı əməkdaşlıq edən istehsalçılara 20,7 faiz, dövlətə məxsus SAIC Motor və əməkdaşlıq etməyən digər şirkətlərə isə 35,3 faiz əlavə vergi tətbiq ediləcək. Bu vergilər 10%-lik mövcud vergiyə əlavə olaunacaq.
Çin və Aİ arasında ticarət müharibəsi başlaya bilər
Komissiyanın 2023-cü ilin oktyabrında başlatdığı subsidiya araşdırmasının ardınca baş verən tarif artımlarının Çin və Aİ arasında ticarət müharibəsini başlatması ehtimalı var.
Çin Ticarət Nazirliyi Aİ ölkələrinin oktyabrın 4-də tarif artımını təsdiqləməsindən sonra Aİ ölkələrindən idxal edilən konyaklara müvəqqəti gömrük rüsumları tətbiq edəcəyini açıqlayıb. Digər tərəfdən, Çin daha əvvəl Avropadan idxal edilən donuz əti məhsullarının dempinqi və süd məhsullarına subsidiya verilməsi ilə bağlı araşdırma başlatmışdı.
Pekin administrasiyası Avropadan idxal edilən avtomobillərə əlavə gömrük tarifləri tətbiq edə biləcəyinə də işarə edir. Ticarət Nazirliyi böyük mühərrik həcminə malik idxal olunan benzinlə işləyən avtomobillərin gömrük tariflərini artırmağı planlaşdırdığını açıqlayıb. Belə bir addımın irihəcmli mühərrikli nəqliyyat vasitələrinin əksəriyyətini Çinə ixrac edən Avropa ölkələrinin şirkətlərinə mənfi təsir edəcəyi proqnozlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)






.jpg)








