Azərbaycan şirkəti daha bir gəmi aldı - “Murovdağ” adlandırılacaq
Uzunluğu 179,9, eni 30, bortunun hündürlüyü 15, suya oturumu 10,47 metr, maksimum sürəti 15,7 uzeldir."Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) tərəfindən Gəmiçiliyin Strateji İnkişaf Proqramı çərçivəsində daha bir mühüm addım atılıb. Şirkət Xəzərdənkənar fəaliyyətinin genişləndirilməsi məqsədilə sayca ikinci “Handysize” tipli quru yük gəmisinin alqı-satqı işlərini uğurla başa çatdırıb.
Bu barədə Marja-ya ASCO-dan bildirilib.
Qeyd edilib ki, gəminin alınması layihəsi üzrə maliyyələşmə ASCO-nun dövriyyəyə buraxdığı istiqrazlardan əldə olunan vəsait hesabına həyata keçirilib.
Yeni alınan “Handysize” Prezident İlham Əliyevin tapşırığına əsasən “Murovdağ” adlandırılacaq.
Bu quru yük gəmisi də cari ilin mayında istismara qəbul edilən ilk “Handysize” tipli “Xocalı” gəmisi kimi təxminən 38 000 ton dedveytə (yükgötürmə imkanına) malikdir. Uzunluğu 179,9, eni 30, bortunun hündürlüyü 15, suya oturumu 10,47 metr, maksimum sürəti 15,7 uzeldir. Suya oturumu maksimum yük götürməklə, onun bir çox dayaz limanlara da rahatlıqla daxil olmasına şərait yaradır.
Ekoloji baxımdan beynəlxalq standartlara cavab verən, yanacaq sərfində qənaətcilliyə malik olan, yüksək təhlükəsizlik sistemləri ilə təchiz edilən bu gəmi 2020-ci ildə Yaponiyada inşa olunub.
Məhdudiyyətsiz üzmə imkanlarına malik gəminin ilk səfəri Çindən Ekvadora, oradan isə Kolumbiyaya olacaq. Onun dekabrda təyinat limanına çatması gözlənilir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
2 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 14 d. əvvəl
- 16 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
























