Mario Draghi çıxış etdi, Avro 1.20 dollara yaxınlaşdı
Mario Draghinin "Avropanın iqtisadi inkişafının, ABŞ-dan daha yaxşı" olmasını bildirməsi Avronun bahalaşmasına səbəb oldu. Əgər iqtisadi inkişaf sürətlənibsə, Avropa Mərkəzi Bankı təşviqləri dayandıra və faizləri artırmağa başlaya bilər.
Avropa Mərkəzi Bankının sədri Mario Draghi, ABŞ-ın Vayominq ştatının Jackson Hole qəsəbəsində ötən gün başlayan toplantıda danışıb.
"Marja" xəbər verir ki, Draghi, "Ticarət sərbəstliyi təhlükə altındadır. Himayəçilik dünya ticarəti üçün ciddi bir riskdir" şəklində bildirib.
Draghi, qlobal iqtisadi inkişafın möhkəmlənməyə başladığını qeyd edib. Draghi həmçinin, Avropanın iqtisadi toparlanmasının (inkişafının), ABŞ-dan daha yuxarı bir pillədə olduğunu ifadə edib.
Draghinin çıxışı ərəfəsində Avro/Dollar məzənnəsi 1.19 səviyyəsini də keçərək 1.1926-ya yüksəlib. Dollar Avro qarşısında 1,1% ucuzlaşıb.
Draghi, vergi siyasətlərinin pul siyasətinə yardımçı bir faktor ola biləcəyini söyləyib.
Avropa Mərkəz Bankının sədri, pul siyasətinin şoklara cavab verməyi hədəfləməsi lazım olduğunu vurğulayıb.
Draghi, monetar təşviqin çox gözəl bir şəkildə işə yaradığına işarə edib.
Draghi, qiymətli kağız alışlarının "bir qədər" də davam edə biləcəyini qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
- 10 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
2 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
2 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
Azərbaycan Litva şirkətilə birgə fabrik yaradır
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub























