Axtardığınız bütün peşəkarlar bir yerdə
Azərbaycanda peşəkar xidmətləri rahatlıqla əldə edə biləcəyiniz platforma istifadəyə verilib!PROFMART NƏDİR?
PROFMART peşəkar xidmət göstərən şəxslərlə bu xidmətləri almaq istəyən şəxsləri əlaqələndirən müasir onlayn platformadır. Yeni istifadəyə verilmiş PROFMARTplatforması üzərindən siz rahatlıqla axtardığınız peşəkarları tapa, onlarla çox asan bir şəkildə əlaqə yarada və istədiyiniz xidməti heç bir yerə getmədən və vaxt itirmədən əldə edə bilərsiniz.
HANSI PEŞƏKAR XİDMƏTLƏR PLATFORMA ÜZƏRİNDƏN TƏKLİF EDİLİR?
İlkin mərhələdə platformada arxitektura, veb development, İT, maliyyə, vergi və mühasibatlıq, audit, HR, hüquq və mediasiya, qrafik dizayn, SMM, tibbi konsultasiya və digər əlaqəli xidmətləri təklif edən peşəkarlar qeydiyyatdan keçib. Bu siyahının daha da genişlənməsi gözlənilir.
XİDMƏT TƏHVİL VERİLMƏDİYİ HALDA ÖDƏNİLMİŞ VƏSAİT GERİ QAYTARILIR?
Müştərilər tərəfindən xidmətlərin əldə edilməsi ilə bağlı edilmiş ödənişlər peşəkarlara yalnız xidmətlər tam təhvil alındıqdan və müştərinin xidmətləri almasını təsdiq edən müvafiq düyməni sıxmasından sonra köçürülür. Yazışmalar və kommunikasiya Platformada istifadəyə verilmiş çat üzərindən baş verdiyi halda, xidmətlər tam təhvil verilmədikdə müştəri tərəfindən edilmiş ödəniş tam şəkildə ona geri qaytarılır.
XİDMƏT GÖSTƏRƏN ŞƏXSLƏRİN PEŞƏKARLIQ SƏVİYYƏSİ NECƏ MÜƏYYƏN EDİLİR?
Peşəkar kimi qeydiyyat zamanı qeydiyyatdan keçən şəxsdən onun bilik və bacarıqlarını təsdiq edən müvafiq lisenziya və sertifikatların Platformanın müvafiq bölməsinə yüklənməsi tələb edilir. Yalnız PROFMART adminstrasiyası tərəfindən təqdim edilmiş məlumatlara baxış keçirildikdən sonra həmin şəxslərə Platforma üzərindən fəaliyyət göstərməyə icazə verilir.
Məlumatların düzgün təqdim edilməsi ilə bağlı müddəalar PROFMART ilə peşəkar xidmət göstərən şəxslər arasındakı müvafiq müqavilə vasitəsilə tənzimlənir. Peşəkarların Platforma üzərindən fəaliyyətinə yalnız müvafiq müqavilənin SİMA (gücləndirilmiş imza) vasitəsilə imzalanmasından sonra icazə verilir.
Bundan əlavə siz peşəkarların reytinq balları və onların profilində qeyd edilmiş şərhlərlə tanış olduqdan sonra da öz seçiminizi edə bilərsiniz.
BONUS VƏ DİGƏR KAMPANİYALAR
Profmart daimi olaraq müxtəlif kampaniyalar və aksiyalar vasitəsilə Platforma istifadəçilərinə bonuslar və müxtəlif hədiyyələr edir. Bundan əlavə olaraq Profmart sosial şəbəkələr üzərindən aylıq təxmini 300,000 insana reklam və digər vasitələr ilə Platforma üzərindən fəaliyyət göstərən peşəkarlar haqqında müxtəlif video çarxlar və postlar təqdim edir ki, bu da onların şəxsi brendinin yaranmasında böyük rol oynayır.
Nəzərinizə çatdıraq ki, oktyabr ayının 30-dək Platform üzərindən qeydiyyatdan keçmiş hər müştəriyə 10 AZN, hər peşəkara isə 20 AZN bonus balansı təqdim edilir.
Siz də elə indi yerli və sürətlə böyüməkdə olan Peşəkar Xidmətlər Platformasına qoşulun və stressiz, vəsait itirmə qorxusu olmadan, sərbəst şəkildə istədiyiniz xidmətləri əldə edin.
Mobil: +994518945288
Email: [email protected]
Web: www.profmart.az
Instagram: profmartllc
Facebook: Profmart
Linkedin: https: linkedin.com/profmart-llc
Telegram: https://t.me/profmartllc
Müştərilərin xəbərləri
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azercell yeni rouminq internet paketlərini istifadəyə verir - QİYMƏTLƏR
-
1 gün əvvəl
AccessBank kartları ilə ictimai nəqliyyatda ödənişlərə 20% keşbek imkanı!
- 1 gün əvvəl
-
1 gün əvvəl
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
-
1 gün əvvəl
PAŞA Holding-in dəstəyi ilə “Təhsil üçün əl-ələ” layihəsi uğurla həyata keçirilib
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Şamaxı və Göyçay heyvan satışı bazarları açılıb
İranda etirazlar davam edir: ölənlərin sayı 51-ə çatıb
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
2025-ci ildə qlobal qida qiymətləri düşüb
Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
AZAL-ın təyyarəsi Tehrana uça bilmədi - Bu günə planlaşdırılan Bakı-Tehran-Bakı reysi ləğv edildi
Faizsiz kreditlə Nərimanovda yeni mənzil sahibi olun: "City Garden Narimanov" - "Kristal!"
BOKT adını və təşkilati-hüquqi formasını dəyişib
Azərbaycan Çindən portağal alışını 267 dəfə artırıb









.jpg)











