Kapital Bank-ın sponsorluğu ilə “Agile Azerbaijan International Summit-2024” keçiriləcək
Ölkənin birinci bankı Kapital Bank-ın sponsorluğu ilə 22 oktyabr 2024-cü il tarixində “Agile Azerbaijan International Summit-2024” (“Agile Azərbaycan Beynəlxalq Sammiti -2024”) həyata keçiriləcək.
Tədbir regionda Agile metodologiyalarına və onların müxtəlif sahələrdə, o cümlədən məhsul inkişafı və innovativ texnologiyalarda tətbiqinə həsr olunan ən böyük tədbirlərindən biridir. Sammitin builki əsas istiqamətləri “Agile-ın məhsulun inkişafı və idarə edilməsinə təsiri”, eləcə də “Süni İntellekt (AI) və onun Agile yanaşmalarına inteqrasiyası” olacaq. Eyni zamanda tədbirdə Agile metodologiyalarına aid olan bir çox vacib mövzu müzakirə ediləcək.
• Məhsul inkişafında Agile — çevik yanaşmalar uğurlu məhsulların yaradılmasına necə kömək edir?
• Süni İntellekt və Agile — AI inkişaf proseslərini və layihə idarəetməsini necə təkmilləşdirə bilər?
• Agile metodologiyalarından istifadə edərək məhsulun həyat dövrünün idarə edilməsi praktikası
• Sənaye liderlərinin təcrübə mübadiləsi — uğur hekayələri və praktiki nümunələr
Bundan əlavə sammitdə Agile, məhsul idarəetməsi və AI sahəsində dünya ekspertlərinin çıxışları, əsas mövzular üzrə praktiki təlimlər və panel müzakirələri, eləcə də təcrübə mübadiləsi və peşəkar əlaqələrin genişləndirilməsinə imkan yaradan sessiyalar həyata keçiriləcək.
Ətraflı məlumat üçün: https://agileazerbaijan.com/
Azərbaycanın maliyyə sektorunun liderlərindən olan Kapital Bank artıq 4 ildir ki, Agile metodologiyasını tətbiq edir və bu istiqamətdə böyük uğurlar əldə edib. Kapital Bank eyni zamanda ən böyük işəgötürən şirkətlərdən biri olaraq “Great Place to Work” (“Mükəmməl iş yeri”) sertifikatına layiq görülüb. Qeyd edək ki, “Great Place to Work” beynəlxalq tədqiqat və konsaltinq şirkəti olaraq 5 qitədə, 60-dan çox ölkədə fəaliyyət göstərir və şirkətlərin işçiləri tərəfindən necə qiymətləndirildiyini, sektordakı yerini, eləcə də kommunikasiya strategiyalarını ölçərək ən yüksək nəticə əldə edən şirkətlərə eyniadlı sertifikatı təqdim edir.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 4 saat əvvəl
-
-
4 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mərkəzi Bank vəziyyəti pisləşmiş sığorta şirkətinə müvəqqəti inzibatçı təyin etdi
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
İstifadəçilərinin sayı 3 milyonu keçib, partnyor şəbəkəsi 4000-ə çatıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Bank filialı üçün mebel alır - TENDER
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
İstiqraz investorlarına milyonlarla dollar borcu olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin maliyyə vəziyyəti pisləşib
Azercell-dən “iPhone” kampaniyası
Bayram günlərində 2156 sığorta hadisəsi qeydə alınıb - 1 MİLYON 243 MİN MANAT ZƏRƏR
Misin qiyməti yeni tarixi rekord qırdı — tonu 13 min dolları keçdi
Yanvarın 7-də gözlənilən hava şəraiti
AZAL: Praqa–Bakı reysi üzrə baş vermiş insidentin qarşısını aviaşirkətin ekipajı alıb
"Quru sərhədlər indiyə qədər bağlı qalır. Bununla belə, əminəm ki, turist sayını 2 dəfə artırmaq real görünür"

























