“Bakcell”in dəstəyi ilə “Xəzəri qoruyaq!” aksiyası baş tutub
(®) Azərbaycanın ən sürətlisi “Bakcell”in uzun illər tərəfdaşı olduğu “Xəzəri Qoruyaq!” adlı genişmiqyaslı ekoloji aksiya başa çatıb. “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan və sentyabrın 7-dən 21-dək davam edən builki aksiyanın sonuncu məntəqəsi Novxanı sahilləri olub.
“Xəzəri Qoruyaq!” şüarı ilə keçirilən ekoloji aksiya, bütün dünyada qeyd edilən Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində təşkil edilib. Kampaniyanın əsas məqsədi ölkədə ekoloji durumun yaxşılaşdırılması, əhalinin bu sahədə maarifləndirilməsi və ətraf mühitə məsuliyyətli yanaşma vərdişlərinin təşviqidir.
“Bakcell” əməkdaşları da aksiyada fəal iştirak edərək sahil təmizləmə işlərinə öz töhfələrini veriblər. Onlar həm tullantıların yığılması, həm də onların çeşidlənərək təkrar emala göndərilməsində yaxından iştirak ediblər.
Ekoloji aksiyalarda iştirak “Bakcell” şirkətinin korporativ sosial məsuliyyət (KSM) strategiyasının əsas istiqamətlərindən biridir. Şirkət ətraf mühitin qorunması, ekoloji maarifləndirmə və davamlılıq mövzularında təşəbbüsləri dəstəkləməyi və bu sahədə fəaliyyətini daha da genişləndirməyi planlaşdırır.
“Bakcell” haqqında
“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda ”Bakcell” üç milyondan çox müştərini yüksək keyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan innovasiyalar və həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir.
“Bakcell” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
2 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 3 saat əvvəl
-
4 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)










.jpg)







