Gün ərzində bir insan nə qədər “İstisu” içə bilər?
“Dirilik suyu”nun faydaları və istifadə qaydaları. “İstisu”yu gün ərzində bir, bəzən isə iki fincandan artıq içmək tövsiyə olunmur.Nəhayət, uzun illərdən sonra həsrətini çəkdiyimiz “İstisu” da süfrələrimizə qayıtdı. Vaxtilə Kəlbəcərə müalicəyə gedənlər qayıdanda ailəsi üçün mütləq “İstisu” da gətirərdilər.
İçməkdən doymadığımız bu şəfalı su mağazaların vitrinlərini bəzəyərdi. Kəlbəcərin azadlığa qovuşması bu misilsiz dirilik çeşməsini də əsarətdən xilas etdi. Yaşlı nəsil bu suyun dilini yaxşı bilsə də gənclərimiz onun fayda və qaydalarından xəbərsizdir. Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bununla bağlı açıqlamasında bildirdi:
– Kəlbəcərin məşhur “İstisu”yunda mineralların çox olması onu təbii süfrə suyundan fərqləndirir. Bu su tərkibindəki kimyəvi elementlərə görə müalicəvi əhəmiyyətə malikdir. Ona görə də “İstisu”dan istifadə edərkən, bəzi məqamlara diqqət etmək lazımdır. “İstisu”yun tərkibində dəmir, yod, fosfor, sink, mis, nikel, maqnezium, eləcə də yod-brom və yüksək miqdarda litium var. Bu maddələrin çox olması onların bir çox xəstəliklərin müalicəsində faydalı olduğunu göstərir. Əsasən, mədə-bağırsaq, həzm problemi, qaraciyər xəstəlikləri, öd kisəsi və digər daxili orqanlarla bağlı şikayətləri olanlar “İstisu”dan istifadə edə bilər.
Bu mineral suyun qəbulu ilə bir çox xəstəlikləri sağaltmaq mümkündür. Hətta onunla yuyunub bəzi dəri xəstəliklərinin də qarşısını almaq olar. “İstisu” tərkibindəki kalsium və maqneziuma görə, sümük və diş sağlamlığında da önəmli rol oynayır. Saçlarda kəpəklənmə probleminin də bu su ilə aradan qaldırıldığı təsdiqlənib. Oynaqlarda ağrı, eyni zamanda, dəridə qabıqlama, qızartı, hər hansı allergik reaksiyalar zamanı da mineral su faydalıdır. Su, həmçinin dəri səpkilərinin quruyub daha tez zamanda sağalmasına kömək edur. Qan dövranının yaxşılaşmasında, yaşlılıqdan qaynaqlanan əzələ və oynaq ağrılarının aradan qalxmasında istifadə olunur.
– Gün ərzində bir insan nə qədər “İstisu” içə bilər?
– Suyun tərkibində mineralların həddindən artıq çox olması səbəbindən onu müəyyən qayda ilə içmək lazımdır. Əks halda, bu, böyrək problemlərinə gətirib çıxara bilər. Eləcə də, mədədə yanğı hissini, mədə turşuluğunu artırar. Bəzən insanlar bunu təbii süfrə suyu ilə qarışdırır, hər susuzlayanda içirlər. Ancaq “İstisu”yu gün ərzində bir, bəzən isə iki fincandan artıq içmək tövsiyə olunmur. Həmin suyu gündə bir litrdən artıq qəbul etdikdə orqanizmdə müəyyən ciddi fəsadlar yarana bilər. Xüsusilə, xroniki xəstəlikləri, öd və böyrəyində daş olan insanlar sudan daha ehtiyatla istifadə etməlidirlər.
Digər bir məqam isə ondan ibarətdir ki, “İstisu”yun tərkibindəki qaz təbii olduğuna görə orqanizm tərəfindən normal qəbul olunur. Bir çox insanlar isə bunu digər sənaye üsullu qazlı sularla qarışıq salırlar. Sənaye üsulu ilə hazırlanan sularda qaz ağırlıq yaradır. Yaxud da həmin sudakı qaz daha sərt hiss olunur və ağıza müəyyən dad gəlir. Amma təbii “İstisu”da qaz normal qaydada olduğuna görə, narahatlıq yaratmır, ağızda xoşa gələn yumşaq dad olur və ağırlıq hiss olunmur.
© Z.HÜSEYNOVA, XQ
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 gün sonra
- 6 d. əvvəl
-
-
27 d. əvvəl
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
- 30 d. əvvəl
- 31 d. əvvəl
- 44 d. əvvəl
- 46 d. əvvəl
-
58 d. əvvəl
Ticarət şəbəkələrinin açıq məkanda reklamların yerləşdirilməsi ilə bağlı çətinlikləri var
- 1 saat əvvəl
-
1 saat əvvəl
2 ayda banklar 190 milyon manata yaxın xalis mənfəət əldə ediblər
- 1 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Unibank 5 nominasiya üzrə qalib olub
Qanlı Göl yeni layihə əsasında abadlaşacaq
Ticarət şəbəkələrinin açıq məkanda reklamların yerləşdirilməsi ilə bağlı çətinlikləri var
Bank sektorunda, o cümlədən kreditlərdə cüzi artım olub
Ən çox oxunanlar
2 ayda banklar 190 milyon manata yaxın xalis mənfəət əldə ediblər
Expressbank növbəti ekoloji layihəyə tərəfdaşlıq edib
Bank sektorunda son vəziyyət açıqlandı - YENİ RƏQƏMLƏR
26 dərəcə isti gözlənilir - Aprelin 3-ə olan hava proqnozu
Mərkəzi Bank valyuta ehtiyatlarının daha da artdığını açıqladı
Azərbaycanın lombard şirkətinə əlavə maya qoyulur

















