bp və SOCAR Xəzər dənizində iki blok üzrə anlaşma memorandumu imzaladı
bp: “Qarabağ və ADUA bloklarının kəşfiyyatı və işlənməsində iştirakımızla bağlı SOCAR-la müzakirələrə başlamağa imkan verən anlaşma memorandumunu imzalamaqdan çox məmnunuq".Bu gün Bakıda bp və SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) arasında bp-nin Xəzər dənizinin Azərbaycan sektorunda iki hasilat və kəşfiyyat bloku üzrə sazişlərə qoşulmaq niyyətini açıqlayan bir anlaşma memorandumu (AM) imzalanyıb.
"bp-Azərbaycan"ın yaydığı məlumatda bildirilir ki, birinci blok Bakıdan 120 km şərqdə, “Günəşli” yatağından 20-25 km məsafədə, suyun 150-200 metr dərinliyində yerləşən "Qarabağ" neft yatağıdır. Yatağın işlənməsi üzrə 2018-ci ildə imzalanmış və Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya olunmuş mövcud Risk Xidməti Sazişi (RXS) var. Hazırda SOCAR RXS-də 100% iştirak payına malikdir.
İkinci blok Bakıdan 90-110 km şimal-şərqdə, suyun 80-180 metr dərinliklərində yerləşən Əşrəfi - Dan Ulduzu - Aypara (ADUA) sahəsidir. Bu sahə bir sıra mövcud kəşf olunmuş və perspektiv strukturları əhatə edir. ADUA sahəsinə aid kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü üzrə 2018-ci ildə imzalanmış və Milli Məclis tərəfindən ratifikasiya olunmuş mövcud saziş (HPBS) var. Hazırda SOCAR həmin HPBS-də iştirak payının 100%-nə malikdir.
SOCAR-ın prezidenti Rövşən Nəcəf dedi: “Əsrin müqaviləsi”nin 30-cu ildönümündə SOCAR ilə bp arasında enerji sahəsində uğurlu strateji tərəfdaşlığı daha da genişləndirəcək Anlaşma Memorandumunun imzalanmasından məmnunluğumu ifadə edirəm. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə otuz il öncə imzalanan “Əsrin müqaviləsi” ölkəmizin enerji sektorunda əldə etdiyi tarixi uğurların əsasını qoydu. Biz Ulu Öndərimizin müəyyənləşdirdiyi enerji strategiyasına uyğun olaraq, Xəzər dənizində enerji sektoru üzrə tərəfdaşlığımızın genişləndirilməsinə, innovasiyaların tətbiqi ilə davamlı inkişafımızın təmin olunması istiqamətlərində fəaliyyətlərimizi davam etdiririk”.
bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz: “Qarabağ və ADUA bloklarının kəşfiyyatı və işlənməsində iştirakımızla bağlı SOCAR-la müzakirələrə başlamağa imkan verən anlaşma memorandumunu imzalamaqdan çox məmnunuq. Biz bunu SOCAR-la 30 illik uzun və çox uğurlu tərəfdaşlığımızın davamı olaraq birgə işləməyə imkan verəcək növbəti gözəl imkan kimi görürük.
İnanırıq ki, bu iki blokun işlənməsi və kəşfiyyatında iştirakımız mümkün sinerjilər vasitəsilə layihələrin irəliləyişini sürətləndirə bilər. Belə ki, biz birlikdə bu blokların işlənmə variantlarını müəyyənləşdirərkən elə ssenarilər ola bilər ki, onlar bu regionda əməliyyatçısı olduğumuz dünya səviyyəli infrastrukturdan ən səmərəli şəkildə istifadə etməyə imkan yaradar. Bu, həm də hər iki layihəyə bp-nin qlobal təcrübəsinə, texniki və kommersiya biliklərinə, qabaqcıl texnologiyalarına və maliyyə resurslarına çıxışı təmin edərdi. Bu əhəmiyyətli biznes imkanının həyata keçəcəyinə və onun reallaşmasında SOCAR-ın dəstəyinə inanırıq.”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
Tramp Ukraynanın ABŞ tərəfindən dəstəklənən sülh təklifini qəbul etməsi üçün son tarixi açıqladı
-
4 saat əvvəl
“Ukrayna çox çətin bir seçimlə üz-üzə qala bilər” - Zelenskiy Trampın sülh planına dair danışdı
-
4 saat əvvəl
Türkiyə şirkəti Özbəkistanın avtomobil istehsalçısının böyük hissəsini aldı
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycan idxal olunan kvadrisikllərə görə aksiz dərəcəsi tətbiq olunacaq
-
5 saat əvvəl
Bakının 57, 76, 78, 139, 189 və 500 nömrəli avtobus marşrutları müsabiqəyə çıxarıldı
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
PULLU adam olmaq üçün ilk addımını at
İrşad-da Yaşıl Cümə başladı
Azərbaycan Qvineya və Liviyaya alma satmağa başlayıb
Ən çox oxunanlar
Bakının 57, 76, 78, 139, 189 və 500 nömrəli avtobus marşrutları müsabiqəyə çıxarıldı
70%-dək endirim - Baku Electronics-də “Super Cümə” başladı!
Nərimanovda yaşamaq istəyənlər üçün 36 ayadək faizsiz, daxili kredit və ya 20 illik ipoteka fürsəti
Bank çap məhsullarının təminatı üzrə tender elan edir
Şüşə istehsalçısının nizamnamə kapitalı 144 milyon manat artırılır
Fizuli Həsənov 7-ci “Zeekr 001”i uddu
Bank of Baku-da İnsan Resurslarında robot – “HRobot” çalışır!










.jpg)










