"Kristal Bakı" şirkətinin səhmlərinə 3 investor 3 sifariş təqdim etdi - HƏRRACIN NƏTİCƏSİ
5 sentyabr 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Kristal Bakı” ASC-nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində listinqə daxil edilmişdir. Qeyd olunan səhmlərin Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə olan yerləşdirilməsi 18 sentyabr 2024-cü il tarixində yekunlaşmışdır.
Bu barədə Birja məlumat yayıb.
Qeyd edilib ki, 990 min maantlıq səhmlərə 3 investor 3 sifariş təqdim edib. Səhm buraxılışı tam məbləğdə yerləşdirilib. Səhmlərin yerləşdirilməsi uğurla yekunlaşdığı üçün "Kristal Bakı" ASC-nin nizamnamə kapital 990 min manat artaraq 10 min manatdan 1 milyon manata yüksəlib.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: "Kristal Bakı” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ1001022255
Səhmlərin növü və forması: Səhm adi, sənədsiz, adlı
Ticarət üsulu/forması: Kütləvi/Abunə yazılışı
Səhmlərin sayı: 990,000 (ədəd)
İlkin ticarət qiyməti: 1 manat
Buraxılış həcmi: 990,000 manat
Hərrac qiyməti: 1 manat
Reallaşdırılmış həcm: 990,000 manat
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə): 990,000 manat
İnvestor sayı: 3
Sifariş sayı: 3
Anderrayter: “Assist Finance İ.Ş” ASC
Qeyd edək ki, bugünədək "Kristal Bakı" ASC-nin səhmdarları Vəliyev Pərviz Ağalar oğlu (50%), Nəbiyev Fərid Elbrus oğlu (25%) və Nəbiyev Araz Mahayət oğlud (25%) idi.
Müştərilərin xəbərləri
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
-
3 saat əvvəl
Artıq iri plitələr qopmayacaq! - “Matanat A”dan yeni yapışdırıcı
-
-
8 saat əvvəl
“Gəncə Cihazqayırma Zavodu”nda dividend və borc məsələləri müzakirə olunacaq
-
9 saat əvvəl
Azərbaycanda balıqçılıq müəssisələri AKİA-nın xətti ilə güzəştli kredit ala biləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Danimarkanın əczaçılıq şirkətinin Azərbaycanda fəaliyyəti müzakirə olunub
-
10 saat əvvəl
Azərbaycan şirkəti Rusiyada aqropark yaradacaq - 3,4 MİLYONLUQ MÜQAVİLƏ İMZALANIB
- 10 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Artıq iri plitələr qopmayacaq! - “Matanat A”dan yeni yapışdırıcı
Qızıl kreditini bu banka gətirənlərə endirim var
AccessBank QSC taksi xidməti tenderi elan edir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
"Caspian Motor-Show" bu il “Sea Breeze”də keçiriləcək
Xərcləmədən də mil qazanmaq mümkündür: “Miles&Smiles PAŞA Bank” kartlarında yeni funksionallıq
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı


























