15 kəndin 3 minə yaxın fermer təsərrüfatının su təminatı yaxşılaşacaq - YENİ SU ANBARI TİKİLİR
Son dövrlərdə müşahidə edilən qlobal iqlim dəyişikliyi, dünyada orta temperaturun yüksəlməsi, əsasən qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatının azalması, digər tərəfdən, suya tələbatın artması məhdud su ehtiyatlarına malik olan ölkəmizdə su ehtiyatlarının artırılması və sudan səmərəli istifadə üçün təxirəsalınmaz tədbirlər görülməsini zəruri edib. Bu məqsədlə Prezident İlham Əliyevin tapşırığına əsasən ölkəmizdə su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı Dövlət Su Komissiyası yaradılıb. Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi Dövlət Su Komissiyası tərəfindən ölkə ərazisində təsdiq olunan tədbirlər planına uyğun bir sıra işlər uğurla həyata keçirilir və davam etməkdədir.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yaydığı məlumatda bildirilir ki, tədbirlər planına uyğun olaraq həyata keçirilən layihələrdən biri də Yengicə su anbarının tikintisidir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi su anbarının tikintisinə Prezident İlham Əliyevin “Yengicə su anbarının tikintisi haqqında” 2023-cü il 12 aprel tarixli Sərəncamına əsasən başlayıb. Anbarın yaradılmasında əsas məqsəd su ehtiyatlarının artırılmasının, əkinəyararlı torpaqların genişləndirilməsinin, müasir təsərrüfatların yaradılmasının və əhalinin məşğulluğunun artırılmasının təşviqidir.
Yengicə su anbarının ümumi su tutumu 17,5 milyon kub, istifadə olunan həcmi isə 12,4 milyon kub-dur. Çay hövzəsində qurulan bəndin ümumi uzunluğu 449,5 metrə, hündürlüyü isə 45 metrə çatacaq. Anbar tikilib istifadəyə verildikdən sonra 15 kəndin ərazisində yaşayan 3 minə yaxın fermer təsərrüfatının su təminatı tamamilə yaxşılaşacaq. Ümumilikdə su anbarı tikildikdən sonra Qəbələ rayonunun aran hissəsində 10 min hektar, o cümlədən 6 min hektar yeni torpaq sahəsinin suvarılması tam təmin olunacaq. Bu isə həmin torpaqlarda məhsuldarlığı artırmaqla yanaşı, təkrar əkin aparılmasına da imkan yaradacaq.
Qəbələ rayonunda yerləşən su anbarında hazırda tikinti işləri davam edir. Göl ərazisinin təmizlənməsi, bənd özülünün qazılması, gil karxanasının üst qatının açılması və sel sutulayıcısı üzrə qazma işləri tamamlanıb, qülləli suburaxıcı qurğu, suburaxıcı tunel üzrə dəmir-beton və bənd üzrə tökmə işləri isə davam etməkdədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 18 saat əvvəl
-
- 20 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 20 saat əvvəl
-
21 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
21 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
21 saat əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
- 21 saat əvvəl
-
21 saat əvvəl
Sabah külək güclənəcək, yağıntı intensivləşəcək - Temperatur 5-8 dərəcə enəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Ən çox oxunanlar
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb





















