Unicapital yeni beynəlxalq saziş imzalayıb - YAŞIL MALİYYƏ
Sazişin məqsədi yaşıl, sosial və dayanıqlı maliyyəni inkişaf etdirməkdir(®) Sentyabrın 6-da “Unicapital İnvestisiya Şirkəti” ASC və Astana Beynəlxalq Maliyyə Mərkəzinin (AIFC) nəzdindəki “Yaşıl Maliyyə Mərkəzi” arasında Referal Saziş imzalanıb.
Saziş “Unicapital”ın Baş direktoru Vüqar Namazov və “Yaşıl Maliyyə Mərkəzi”nin Baş İcraçı direktoru Manas Gijduaniyev tərəfindən “Astana Finance Days:2024” maliyyə forumu çərçivəsində imzalanıb.
Sözügedən razılaşma Mərkəzi Asiya və Şərqi Avropada potensial emitentlər arasında yaşıl, sosial və dayanıqlı maliyyəni inkişaf etdirmək məqsədi daşıyır.
Qeyd edək ki, “Yaşıl Maliyyə Mərkəzi” yaşıl maliyyə siyasətinin inkişafını təmin edir. Sözügedən sahə ətraf mühit, ekologiya və iqlim dəyişikliyi layihələrinin maliyyələşdirilməsi üçün nəzərdə tutulub.
“Unicapital İnvestisiya Şirkəti” Azərbaycanın qiymətli kağızlar bazarında 2007-ci ildən bəri fəaliyyət göstərir. Şirkət həm fiziki, həm də hüquqi şəxslərə qiymətli kağızlara yatırım, törəmə maliyyə alətləri ilə ticarət xidmətləri və digər xidmətlər göstərir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
11 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
























