“Azərbaycan S&P və “Moody's”dən də investisiya kredit reytinqi səviyyəsini almaq niyyətindədir”
“Reytinq agentlikləri Azərbaycana qarşı müəyyən mənada xəsislik nümayiş etdirirlər".Azərbaycan "Standard & Poors" və “Moody's” beynəlxalq reytinq agentliklərindən də investisiya kredit reytinqi səviyyəsini almaq niyyətindədir.
Bunu maliyyə naziri Samir Şərifov bildirib.
“Ona görə ki, son illər ərzində Azərbaycan iqtisadiyyatında köklü müsbət dəyişikliklər baş verməkdədir. Bir tərəfdən Azərbaycanın valyuta ehtiyatları artmaqdadır, digər tərəfdən isə borc öhdəlikləri azalmaqdadır. Nəticə etibarı ilə bu, xalis maliyyə aktivlərinin artımına gətirib çıxarır. Bu da heç şübhəsiz ki, hər bir investor üçün Azərbaycan qiymətli kağızlarına, borcuna investisiya etmək istəyənlər üçün olduqca müsbət və etibarlılığı göstərən bir faktordur”, - deyə o qeyd edib.
Nazir reytinq agentliklərinin Azərbaycana kifayət qədər həssas yanaşdığı fikrindədir: “Reytinq agentlikləri Azərbaycana qarşı müəyyən mənada xəsislik nümayiş etdirirlər. Ancaq buna baxmayaraq ilkin olaraq “Fitch Ratings” Azərbaycanın uzunmüddətli xarici valyuta emitentinin defolt reytinqini bir pillə artıraraq investisiya kredit reytinqi səviyyəsinə yüksəltdi. Güman edirəm ki, "Standard & Poors" və “Moody's” də oxşar addımlar atacaqlar. Bu əsnada “Moody's” beynəlxalq reytinq agentliyinin Azərbaycan hökumətinin emitent və yüksək təminatsız xarici valyutada reytinqləri üzrə proqnozunu "sabit"dən "müsbət"ə dəyişməsi bunun daha tez zamanda baş verəcəyinə dair bizə ümid verir. Yəni bu proseslərin öz ədalətli həllini tapacağına dair kifayət qədər nikbinik”.
Xatırladaq ki, bu ilin iyul ayında “Fitch Ratings” Azərbaycanın uzunmüddətli xarici valyuta emitentinin defolt reytinqini “BB+” səviyyəsindən “BBB-” səviyyəsinə yüksəltdiyini və sabit perspektivlə qiymətləndirdiyini açıqlayıb. Reytinq agentliyinə görə, yüksəliş ölkənin güclü xarici balans hesabatını, davam edən cari hesab və fiskal profisitlərini, azalan xarici valyuta həssaslığını, aşağı dövlət borcunu və inkişaf edən monetar siyasəti əks etdirir.
© "Report"
Müştərilərin xəbərləri
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 16 saat sonra
-
-
6 saat əvvəl
Hökumətdə iclas keçirilib, sahibkarların qaldırdığı məsələlər müzakirə olunub, qərarlar qəbul olunub
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Təsisçiləri şirkətə illik 10 faizlə 142 milyon manat borc veriblər
-
7 saat əvvəl
Dağıstandakı “Ozon” logistika mərkəzi “Şimal-Cənub” dəhlizinin bir hissəsi olacaq
- 7 saat əvvəl
-
7 saat əvvəl
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
-
7 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABB-dən 100 milyon manatlıq istiqraz
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
Ən çox oxunanlar
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Uzbekneftegaz" və SOCAR Buxara neft emalı zavodunun modernləşdirilməsini müzakirə edib
Dünya İqtisadi Forumunun prezidenti istefa verib
Jeep istehsalçısı böyük məbləğdə zərər açıqladı
Yanvarda bank sektorunda çalışanların sayı 154 nəfər azalıb























