“SİMA İmza” ilə kredit müqaviləni məsafədən imzala!
(®) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA yeni nəsil rəqəmsal imza tərəfdaş çevrəsini genişləndirməkdə davam edir. “SİMA İmza” vasitəsilə xidmətlərini rəqəmsallaşdıran növbəti qurum BOKT “International” ASC olub.
Artıq təcili kreditə ehtiyacı olan vətəndaşlar IBOKT mobil tətbiqi üzərindən onlayn kredit müraciəti göndərə və müqaviləni “SİMA İmza” ilə imzalaya bilərlər. Bunun üçün əvvəlcə tətbiqdə qeydiyyatdan keçmək, daha sonra onlayn şəkildə kredit müraciəti göndərmək lazımdır. Müraciət qısa müddətdə araşdırılacaq və təsdiqləndiyi halda müştəriyə onlayn şəkildə imzalaması üçün sənədlər təqdim olunacaq. Müştəri həmin sənədləri SİMA yeni nəsil rəqəmsal imza ilə onlayn şəkildə imzalamaqla vəsaiti özünə məxsus istənilən bank kartına köçürəcək. Bununla da vətəndaşlar heç yerə getmədən kredit əldə etmiş olacaqlar.
Qeyd edək ki, vətəndaşlar IBOKT tətbiqi üzərindən günün 24 saatı kredit müraciəti göndərə və sənədləri “SİMA İmza” vasitəsilə imzalaya bilərlər.
SİMA rəqəmsal imza ilə vətəndaşların xidmət mərkəzlərindən asılılığına son qoyulur, xidmət göstərənlərin iş yükü və xərcləri azalır. SİMA yeni nəsil rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 14 saat əvvəl
-
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
17 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 17 saat əvvəl
-
17 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
17 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
17 saat əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
- 17 saat əvvəl
-
18 saat əvvəl
Sabah külək güclənəcək, yağıntı intensivləşəcək - Temperatur 5-8 dərəcə enəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb




















