iPhone 16 modelləri sentyabrın 9-da təqdim olunacaq
9 sentyabr 2024-cü il tarixində Apple iPhone 16 telefonlarının təqdimatı keçiriləcək. Məlumata görə, iPhone 16-nın Pro modellərinin daha böyük ekranının və fotoşəkil çəkmək üçün yeni düymənin olacağı gözlənilir. Tədbirdə daha böyük ekrana və cihazı daha güclü edəcək yeni çipə malik olacağı deyilən Apple Watch 10 Series də təqdim ediləcək. Telefonların bu ilin əvvəlində elan edilən "Apple Intelligence" adlı süni intellekt xüsusiyyətlərini dəstəkləyəcəyi gözlənilir.ABŞ-ın texnologiya nəhəngi “Apple” səbirsizliklə gözlənilən yeni cihazlarını, o cümlədən iPhone 16 seriyasını sentyabrın 9-da Apple Parkdakı Steve Jobs Teatrında (Steve Jobs Theater) təqdim edəcək. Qonaqların iştirakı ilə baş tutacaq tədbir həmişə olduğu kimi onlayn da yayımlanacaq.
Marja xəbər verir ki, Şirkət dəvətnamələrdə tədbir üçün "It's Glowtime" şüarından istifadə edir. Məlumata görə, iPhone 16 seriyasının Pro modellərində daha böyük ekran və fotoşəkil çəkmək üçün yeni düymə olacaqdır.
Bütün iPhone 16 modellərinin əvvəllər yalnız iPhone 15 Pro seriyasında mövcud olan Fəaliyyət Düyməsi (Action button) ilə satışa çıxarılacağı gözlənilir.
Bütün modellərin daha incə çərçivələrinin olacağı gözlənilir.
Bundan əlavə, tədbirdə daha böyük ekrana və cihazı daha güclü edəcək yeni çipə sahib olduğu deyilən Apple Watch 10 Series təqdim ediləcək. Yeni AirPod-ların iki versiyası da təqdim oluna bilər. Çox güman ki, Apple tədbirdən qısa müddət sonra iOS 18, iPadOS 18, macOS Sequoia, watchOS 11 və digər mühüm əməliyyat sistemi yeniləmələri istifadəyə veriləcək. Telefonların bu ilin əvvəlində elan edilən Apple Intelligence adlı süni intellekt xüsusiyyətlərini dəstəkləyəcəyi gözlənilir.
Müştərilərin xəbərləri
Dəyərli və təkrarolunmaz "Rolls-Royce Motor Cars Baku" "Bespoke" fərdiləşdirmə proqramı barədə məlumat təqdim edir
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
24 d. əvvəl
Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
-
39 d. əvvəl
Azerconnect Group NVIDIA-nın süni intellektlə bağlı tədbirində iştirak edib
-
57 d. əvvəl
16 min investor "PAŞA Bank"ın səhmdarı olmaq üçün müraciət edib - SON 3 GÜN
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycan Yaponiya vətəndaşları üçün vizasız rejim tətbiq edəcək - Yenilənib
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 3 GÜN
SİMA həlləri Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində
Türkiyənin ən dəyərli 5 brendi açıqlanıb
Ən çox oxunanlar
Orta aylıq əməkhaqqı 1172 manatı ötüb
Azərbaycanda qiymətlərin illik artım tempi sabit qalıb
Azərbaycanın xarici dövlət borcu azalıb
Dövlət büdcəsinin gəlirləri azalıb
Azərbaycanda iqtisadi artım dayanıb
Bakıda 33 dərəcə isti - İyunun 11-də gözlənilən hava şəraiti
ABŞ neftin qiyməti üzrə proqnozularını artırıb




















