Birjalarda son vəziyyət
ABŞ səhm bazarlarında ralli bu həftə nəhəng çip istehsalçısı “Nvidia”-nın (NVDA) qazanc hesabatlarının yayımlanması ilə davam edə bilər. ABŞ inflyasiya məlumatları uzun müddətdir gözlənilən faiz endirimi ehtimallarına ciddi təsir edə bilər. Bu həftə həmçinin, Avrozona və Avstraliyada faiz dərəcələrinin gedişatını müəyyən edəcək inflyasiya məlumatları açıqlanacaq.
ABŞ-dan iqtisadi məlumatlar
Cümə günü dərc olunacaq Federal Ehtiyatlar Sisteminin ölkədə inflyasiya səviyyəsini təyin etmək üçün üstünlük verdiyi Şəxsi İstehlak Xərcləri (PCE), həmçinin Şəxsi Xərclərin Qiymət İndeksi göstəriciləri dərc olunacaq.
Cümə günü mərkəzi bank rəhbərlərinin illik “Jackson Hole” Simpoziumunda çıxış edən FED sədri Cerom Pavel inflyasiya ilə bağlı son irəliləyişi etiraf edib və "monetar siyasətə düzəlişlərin vaxtı çatıb" - deyə qeyd edib.
Bu həftə iqtisadi təqvimə, həmçinin, bazar ertəsi Uzunmüddətli İstifadə üçün Nəzərdə Tutulmuş Malların Sifarişlərinə dair Hesabat, cümə axşamı günü yenidən işlənmiş ikinci rübün ÜDM rəqəmləri, “Conference Board” İstehlakçı Güvən İndeksi və İşsizlik Müavinəti üçün Müraciətlərin sayı da daxildir.
“Nvidia” hesabatı
Çərşənbə günü bağlanışdan sonra açıqlanacaq qazanc hesabatı “Nvidia”-da tendensiyanın gedişinə ciddi təsir edə bilər.
Qazanc hesabatı və süni intellektə korporativ sərmayənin davam edib-etməməsi ilə bağlı təlimat ilin tarixən dəyişkən vaxtına daxil olan bazar əhval-ruhiyyəsi üçün əsas dönüş nöqtəsi ola bilər.
“Nvidia” səhmləri il ərzində təxminən 150% bahalaşıb və bu, “S&P 500”-ün illik 17%-lik qazancının təxminən dörddə birini təşkil edir. Lakin, diqqətçəkən, çoxillik marafon və süni intellekt çılğınlığı, həm də iyirmi ildən çox əvvəl partlayan “dot-com” fırtınası ilə müqayisələr aparılmasına səbəb oldu.
Avstraliya və Yaponiya CPİ rəqəmləri
Çərşənbə günü açıqlanacaq iyul ayı inflyasiya rəqəmləri, üç ildə ilk dəfə Avstraliya Ehtiyatlar Bankının 2-3% hədəf bandına geri düşdüyünü göstərə bilər.
İnflyasiya təzyiqlərinin zəiflədiyinə dair hər hansı bir əlamət, bir çox digər mərkəzi bankların yumşaldıcı dövrələrə girdiyi və ya nəzərdən keçirdiyi bir vaxtda faiz dərəcələrini azaltmaq istəməyən Avstraliya Ehtiyyatlar Bankı üzərində təzyiqləri gücləndirə bilər.
İnvestorlar həmçinin, çərşənbə günü məlumatların yüksək borclanma xərcləri səbəbindən təzyiq altında olan istehlakçı əhval-ruhiyyəsinə bir qədər rahatlıq təmin edəcəyini ehtimal edirlər.
Cümə günü açıqlanacaq Tokionun avqust ayı inflyasiya hesabatı isə Yaponiyanın pul-kredit siyasətinin gələcəyi ilə bağlı əlavə ipucu verə bilər.
Avrozonada və Almaniyada inflyasiya hesabatı
Cümə axşamı Almaniyada, cümə günü isə Avrozonada açıqlanacaq avqust ayı inflyasiya məlumatları Avropa Mərkəzi Bankının sentyabr ayında faiz dərəcələri ilə bağlı qərarının formalaşmasında mühüm rol oynayacaq.
Qismən neft qiymətlərinin düşməsi səbəbindən manşet inflyasiyanın azalması gözlənilsə də, baza inflyasiyanın isə daha qalıcı olacağı proqnozlaşdırılır.
Məlumatlarda baş verən sürprizlər ehtiyatlılıq tələb edə bilər, xüsusən də investorların son həftələrdə ECB-nin faiz dərəcələrini azaltması yönündə gözləntiləri artıb.
Bazar gözləntiləri 12 sentyabrda 0.25%-lik faiz endirimi yönündədir və ilin sonuna qədər əlavə endirimlərin olma ehtimalı yüksəkdir.
Ötən həftəyə 1.1025 səviyyəsində start verən EURUSD məzənnəsi 1.1200 həddinə kimi bahalaşdı və həftəlik şamını 1.1190 səviyyəsində bağladı.
“Buğalar” qiyməti 1.12$ həddinin üzərində saxlaya bilsələr, EURUSD-da 16 illik eniş tendensiyasını yekunlaşdıra bilər.
GBP
Keçən həftəyə 1.2935 səviyyəsində başlayan GBPUSD məzənnəsi 1.3230 səviyyəsinə kimi bahalaşdı və həftəlik şamını 1.32$ səviyyəsinin üzərində tamamladı. “Buğalar” qiyməti 1.32$ həddinin üzərində saxlaya bilsələr, artım tendensiyası daha kəskin xarakter ala bilər.
OİLUK
Yaxın Şərqdə münaqişənin eskalasiyası ilə bağlı son narahatlıqlar neftə tələbin qorunmasına səbəb olsa da, eyni zamanda, Çindən neft tələbi ilə bağlı qeyri-müəyyənliklər xam neft qiymətlərində əlavə artımları məhdudlaşdırır.
Ötən həftəyə 79.75$ səviyyəsində başlayan “Brent” nefti (OİLUK), 75.90$-a kimi ucuzlaşsa da, buradan dəstək taparaq bir qədər bahlaşdı və həftəni 79.30$-da başa vurdu.
XAU/USD
Artan təhlükəsizlik riskləri, siyasi və iqtisadi qeyri-sabitlik dövründə ənənəvi “güvənli liman” olaraq görülən qızıl artım tendensiyasını davam etdirir.
2022-ci ilin fevralında Rusiyanın Ukraynaya təcavüzü qızıl qiymətlərində ilk artıma səbəb oldu. Artan əmtəə qiymətləri və sonrakı inflyasiya fiat valyutalarının dəyərini aşındıraraq yüksəliş tendensiyasını daha da dəstəklədi.
Yaxın Şərqdə davam edən gərginlik və ABŞ-da keçiriləcək prezident seçkiləri ilə bağlı qeyri-müəyyənlik də qızılın bahalaşmasına səbəb olub. Bundan əlavə, ABŞ-ın faiz dərəcələrini aşağı salacağı gözləntiləri dollara təzyiq edərək, ABŞ valyutası ilə mənfi korellasiyaya malik olan qızılı daha cəlbedici edir.
Bununla belə, qızıl investorları diqqətli olmalıdırlar, çünki bazarlar tez-tez korreksiyalarla üzləşirlər və bu, "şayiəni al, həqiqəti sat" tendensiyasını əks etdirən "heç bir şey düz xətt üzrə yüksəlməz" məsəlini əks etdirir.
Keçən həftəyə 2508$ həddində start verən qızıl həftə ərzində 2531.70$-a kimi bahalaşdı və həftəlik şamını 2512$ həddində bağladı. “Buğalar” qiyməti 2500$ həddinin üzərində qoruyub saxlaya bilsələr, artım tendensiyası daha kəskin xarakter ala bilər.
Məlumat İnvestAZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
8 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur












.jpg)







.jpg)


