Məşhur markanın uşaq məhsulları xərçəngə səbəb olur - MƏHKƏMƏDƏN QƏRAR
"Johnson & Johnson" şirkətinin körpə pudrası (kirşanı) məhsullarında xərçəng riski olduğu açıqlandı. 63 yaşlı Eva Echeverria, uzun illər uşaq pudrası istifadə etdikdən sonra yumurtalıq xərçəngi olduğunu iddia edərək məhkəmədə şirkəti udub. Körpə pudrası istehsalçısı "Johnson & Johnson" şirkəti 417 milyon dollar təzminat ödəyəcək.
ABŞ-ın "Johnson & Johnson" şirkəti, istehsal etdiyi uşaq pudrasının xərçəngə səbəb olduğu iddiası ilə qaldırılmış məhkəmə işində 417 milyon dollar təzminat ödəməyə məhkum edilib.
"Marja" xəbər verir ki, Los-Anceles Ali Məhkəməsi, şirkətin iddiaçı Eva Echeverria-ya 417 milyon dollar təzminat ödəməsinə qərar verib.
Echeverria, 1950-ci ildən 2016-ya qədər istifadə etdiyi pudranın yumurtalıq xərçənginə səbəb olduğunu bildirdikdən sonra cinayət işi açılmışdı.
Echeverria, şirkətin, pudranı qadınlar tərəfindən gigiyena məqsədli mütəmadi olaraq istifadə edilməsinin xərçəngə səbəb olacağının fərqində olduğunu bildirib. Buna baxmayaraq şirkət, qadınları, rütubətin və qoxunun qarşısını almaq üçün körpə pudrası istifadə etməyə təşviq edib.
Echeverria-nın vəkilləri, məhkəmə qərarından məmnun olduqlarını bildiriblər.
"Johnson & Johnson"dan verilən açıqlamada isə pudranın xərçəngə səbəb olduğuna federal orqanların hökm etdiyini qeyd edərək, "Qərardan şikayət edəcəyik, çünki bizim əsl sübutumuz "Johnson's Baby" pudrasının etibarlı olduğunu dəstəkləyən elmdir" ifadələrinə yer verilib.
"Johnson & Johnson" şirkəti haqqında eyni iddia ilə ABŞ-da başlanmış 4 min 800 məhkəmə işi var. Keçən il Missuri ştatındakı məhkəmə, şirkətin iddiaçılara 300 milyon dollar təzminat ödəməsinə qərar vermişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)









.jpg)





