Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

“PASHA Bank Cup VI” yarışının ikinci təsnifat mərhələsinə hazır olun!

iç səhifə xəbər başlığı altı (mobil)_31
“PASHA Bank Cup VI” yarışının ikinci təsnifat mərhələsinə hazır olun!
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) Azərbaycanda IT sahəsində təhsil alan və çalışan kadrların potensialının artırılmasına və bu sahəyə marağı olanların bacarıqlarının inkişaf etdirilməsinə yönəlmiş "PASHA Bank Cup VI" yarışının ikinci təsnifat mərhələsi yaxınlaşır. 

“Dinamik proqramlaşdırma və qraflar” mövzusunda olan ikinci təsnifat mərhələsi 30 avqust -1 sentyabr tarixlərində keçiriləcək. Müsabiqəyə qoşulmaq üçün nəzərdə tutulan link təsnifat mərhələsinin başlamasına bir gün qalmış paylaşılacaq.

“Data strukturları, axtarış və sıralama alqoritmləri” mövzusunda ilk təsnifat mərhələsi 16-18 avqust 2024-cü il tarixdə onlayn rejimdə keçirilib.

Qeyd edək ki, “Data strukturları və alqoritmləri” mövzusunu əhatə edən “PASHA Bank Cup VI” yarışı 2 təsnifat və 1 final mərhələsindən ibarətdir. Yarışın final mərhələsi 29 sentyabrda Bakı Mühəndislik Universitetində baş tutacaq. 

Müsabiqəyə qatılmaq istəyən proqramçılara hər bir mərhələdən öncə mövzu, hazırlaşmaq üçün mənbə və vaxt veriləcək. Onlayn keçirilən təsnifat mərhələlərində ən çox bal toplayan iştirakçılar yarışın oflayn şəkildə keçiriləcək final mərhələsinə qatılacaq və "PASHA Bank Cup VI" kuboku uğrunda mübarizə aparacaq. 

Hər yaş kateqoriyasında ilk üç yerin qalibləri “PAŞA Bank” tərəfindən dəyərli hədiyyələrlə mükafatlandırılacaq. Ən əsası isə, yarış zamanı yüksək nəticələr göstərən iştirakçılar Bankda işləmək imkanı əldə edəcəklər. 

Yarışa qoşulmaq üçün hər təsnifat mərhələsinin başladığı tarixdə müsabiqənin müvafiq saytında, "PAŞA Bank"ın sosial şəbəkə platformalarında və rəsmi "Digital Engineering" adlı Telegram kanalında paylaşılacaq linkə keçid alıb imtahanda iştirak etməyiniz kifayətdir.

PASHA Bank Cup VI
22.08.2024 12:09

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ