Xocalı prospektinin Yusif Səfərov küçəsi ilə kəsişməsində dəyişiklik
Kəsişmədə arakəsmə ləğv edilərək işıqfor quraşdırılıb. Bununla da Xocalı prospekti ilə hərəkət edən avtomobillərin kəsişmədən birbaşa sola hərəkəti təmin olunub.Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən yol hərəkətinin təkmilləşdirilməsi, sıxlığın aradan qaldırılması məqsədilə Xocalı prospektinin Yusif Səfərov küçəsi ilə kəsişməsində yol hərəkəti yenidən təşkil edilib.
AYNA-nın yaydığı məlumatda bildirilir ki, kəsişmədə arakəsmə ləğv edilərək nizamlanan yolayrıcı yaradılıb. Bununla da Xocalı prospekti ilə hərəkət edən nəqliyyat vasitələrinin kəsişmədən birbaşa sola hərəkəti təmin olunub.
Dəyişikliklər nəticəsində nəqliyyat vasitələrinin, həmçinin marşrut avtobuslarının izafi yürüşü 1300 metr qısalıb. 8 marşrut üzrə (4, 10, 21, 30, 32, 46, 49 və 120 nömrəli) 140-dan artıq avtobusun hərəkət sxemi dəyişdirilib.
Ərazidə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi tərəfindən işıqforlar quraşdırılıb. Piyadaların əlçatanlığı və təhlükəsizliyinin təmin edilməsi üçün işıqforların qarşısında nizamlanan eynisəviyyəli piyada keçidləri təşkil olunub.
Qeyd edilib ki, Yusif Səfərov küçəsindəki geriyədönmə yerinin nəqliyyat yükünün 950 avt/saat azalacağı proqnozlaşdırılır. Həyata keçirilən dəyişikliklər nəqliyyat vasitələrinin hərəkət trayektoriyasının və səyahət müddətinin qısalmasına, sərnişindaşıma xidmətlərinin səmərəliliyi və keyfiyyətinin artırılmasına, atomosferə atılan karbon qazının səviyyəsi ilə yanaşı, yanacaq sərfiyyatının azalmasına şərait yaradacaq.
Əlavə edilib ki, əvvəllər Xocalı prospektindən 28 May və Üzeyir Hacıbəyli küçələri ilə şəhər istiqamətinə yönəlmək istəyən nəqliyyat vasitələri Yusif Səfərov küçəsi ilə kəsişmədən sağa dönərək tunelin yaxınlığındakı geriyədönmə yerindən istifadə edirdilər. Bu isə həm Yusif Səfərov küçəsinin həmin aralıqda qalan hissəsində, həm də mövcud geriyədönmə yerində nəqliyyat yükünün və sıxlığın artmasına səbəb olurdu. Kəsişmədə infrastruktur olmadığından piyadalar yolu müəyyən edilməyən yerlərdən keçmək məcburiyyətində qalırdılar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
10 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
16 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
22 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş


























