İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ötən ili zərərlə başa vurub
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) 2023-cü ili 864 min manat xalis zərərlə başa vurub. Halbuki, Agentlik 2022-ci ildən 9 min manat zərərlə çıxmışdı.
Ötən il İKTA-nın gəlirləri 1 milyon manat (əvvəlki il olmayıb), inzibati xərcləri 1,797 milyon manat (əvvəlki ilə nisbətən 193 dəfə çox), maliyyə xərcləri 6 min manat (əvvəlki il olmayıb), digər xərcləri 6 min manat (əvvəlki il olmayıb), amortizasiya xərcləri 47 min manat (əvvəlki il olmayıb), mənfəət vergisi ödəmələri 8 min manat (əvvəlki il olmayıb) təşkil edib.
Bu il yanvarın 1-nə İKTA-nın aktivləri 200 min manat olub ki, bu da illik müqayisədə 5 dəfə azdır. Hesabat dövründə Agentliyin öhdəlikləri 16,8 dəfə artaraq 67 min manat, balans kapitalı isə 7,5 dəfə azalaraq 132 min manat olub, 100 min manatlıq nizamnamə kapitalı formalaşıb.
İKTA Prezident İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli fərmanı ilə yaradılıb, publik hüquqi şəxsdir, telekommunikasiya və poçt xidmətləri sahəsində tənzimləyici qurum olaraq müvafiq sahədə dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak edir.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
3 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 6 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB























