“Grand Agro"nun zeytun yağı nüfuzlu müsabiqədə ən yüksək pilləyə layiq görülüb - QIZIL MEDAL QAZANIB
Azərbaycan istehsalı olan zeytun yağı Dubayda qızıl medal qazanıb(®) Azərbaycan təkcə Paris-2024 Yay Olimpiya Oyunlarında deyil, digər beynəlxalq tədbirlərdə də medallar qazanmaqda davam edir.
Ölkəmizin qastronomiya və istehsal sahəsində əldə etdiyi nailiyyətlər Azərbaycan məhsullarının beynəlxalq səviyyədə layiqincə rəqabət apara biləcəyini sübut edir. Belə ki, “Grand Agro" şirkətinin yüksək texnologiyaların tətbiqi ilə istehsal etdiyi "Olivea Extra Virgin Olive oil" məhsulu bütün növ zeytun yağları üzrə keçirilən nüfuzlu “Dubai Olive Oil Competition” müsabiqəsində ən yüksək pilləyə layiq görülüb.
Azərbaycan istehsalı olan “Olivea Extra Virgin Olive” zeytun yağı peşəkar münsiflər heyəti tərəfindən bir çox meyarlar üzrə yüksək qiymətləndirilərək bu il “Dubai Olive Oil Competition” (IOOC) müsabiqəsində qızıl medal qazanıb.
Dünyanın hər yerindən ən yaxşı istehsalçıları bir araya gətirən “Dubai Olive Oil Competition” zeytun yağı sənayesində mühüm hadisə hesab olunur. Aparıcı ekspertlərdən və dequstatorlardan ibarət münsiflər heyəti təqdim olunan nümunələri məhsulun dadı, ətri, teksturası və saflığı kimi müxtəlif meyarlar üzrə diqqətlə qiymətləndirir. Bu müsabiqə iştirakçılara öz nailiyyətlərini nümayiş etdirməklə yanaşı, həm də zeytun yağı istehsalı sahəsində təcrübə və ən son texnologiyalar mübadiləsi aparmağa imkan verir.
Azərbaycan istehsalı olan “Olivea Extra Virgin Olive oil” zeytun yağının “Dubai IOOC” müsabiqəsində qələbəsi beynəlxalq arenada məhsulların yüksək keyfiyyətini bir daha təsdiq etmiş oldu və brendin dünya bazarında tanınması üçün yeni imkanlar açdı.
“Olivea Extra Virgin Olive oil” brendinə verilən bu mükafat onun ölkəmizi beynəlxalq arenada fəal və uğurla təmsil etməkdə davam etdiyinin daha bir əyani sübutdur.
“Belə bir nüfuzlu mükafata layiq görülməyimiz səylərimizin və mükəmməlliyə sadiqliyimizin qlobal səviyyədə tanındığını nümayiş etdirir. Məhsullarımızın beynəlxalq ekspertlərin və istehlakçıların etimadını və hörmətini qazanması ilə fəxr edirik. Bu qələbə lider mövqeyimizi təsdiq etməklə yanaşı, həm də istehlakçıları bundan sonra da ən yüksək səviyyəli məhsullarla sevindirmək üçün bizi daha da inkişaf etməyə və təkmilləşməyə sövq edir”, - “Grand Agro” şirkətindən bildirilib.
Xatırladaq ki, bu, “Olivea Extra Virgin Olive oil” məhsulunun son dövrlərdə qazandığı yeganə mükafat deyil. Belə ki, məhsul iyun ayında mötəbər London Beynəlxalq Keyfiyyətli Zeytun Yağı Müsabiqəsində, iyul ayında isə Kanadada keçirilən nüfuzlu Beynəlxalq Keyfiyyətli Zeytun Yağı (CIOOC) müsabiqəsində gümüş medala layiq görülüb.
“Grand Agro” şirkəti və onun məhsulları haqqında sizi maraqlandıran bütün məlumatları şirkətin Instagram səhifəsindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
14 d. əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
45 d. əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
-
- 50 d. əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
-
3 saat əvvəl
Azərbaycan ilə Türkmənistan arasında imzalanmış sənədlər mübadilə olunub
-
3 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
Bəzi çimərliklərdən istifadə məhdudlaşdırılıb
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
Azərbaycan Türkmənistana tanker hədiyyə etdi
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı
























