Doğru yolun başlanğıcı: Kapital Bank 150 illik yubileyini Bakı Dövlət Universitetinin tələbələri ilə birlikdə qeyd edib
(®) Ölkənin birinci bankı Kapital Bank 150 illik yubileyi münasibətilə Bakı Dövlət Universiteti ilə birgə "Doğru yolun başlanğıcı" adlı təlim proqramı təşkil edib. Tədbir çərçivəsində tələbələr üçün müxtəlif təlimlər, intellektual və əyləncəli oyunlar keçirilib və qalib komandaya kubok təqdim olunub. Tədbirin əsas məqsədi tələbələrin şəxsi inkişafına və karyera planlamasına dəstək vermək olub.
Təlim proqramı çərçivəsində Kapital Bank-ın əməkdaşlarının iştirakı ilə “Şəxsi inkişaf və kollektivlə işləmə bacarıqları”, “İT təhlükəsizlik”, “İş mühitində hüquqlarınız” , “Karyera planlaması və yüksəlişi” kimi mövzularda təlimlər keçirilib.
Tədbirin açılış mərasimində çıxış edən BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev universitetdə həyata keçirilən sosial layihələrdən danışıb, Kapital Bank ilə birgə layihənin gənclərin karyera quruculuğunda faydalı olacağını bildirib.
Qeyd edək ki, təlim proqramında “BDU könüllüləri” təşkilatının, Tələbə Həmkarlar İttifaqı Komitəsinin və Tələbə Gənclər Təşkilatının 100-dən çox üzvü də iştirak edib.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 48 d. əvvəl
- 49 d. əvvəl
-
-
57 d. əvvəl
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 saat əvvəl
-
15 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Rəsmi məzənnələr açıqlandı
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb
Ən çox oxunanlar
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Biz artan yük axınlarını daha da artırmaq, həm də 3-cü ölkələrdən yükdaşımaları cəlb etmək üçün razılığa gəldik"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!























