Unibankın taksi sürücüləri üçün kampaniyası davam edir
®️ Unibank POS-terminal xidmətinə qoşulmaq istəyən taksi sürücüləri üçün çox asan və sərfəli xidmət təklif edir.
Bank taksi sürücülərinə POS-terminal xidmətinə çox rahatlıqla- POS-terminal cihazı almadan, xidmət haqqı ödəmədən və onlayn şəkildə qoşulmaq imkanı yaradıb. Bankın keçirdiyi kampaniya çərçivəsində taksi sürücüləri onlayn UPOS xidmətinə həm çox asanlıqla, həm də kampaniya müddətində 0 % komissiya ilə qoşula bilirlər. Məlumatları xidmətə daxil edən zaman taksi fəaliyyəti göstərən sahibkarlar vergi xidmətindən aldıqları virtual obyekt kodunu da əlavə etməlidirlər.
Qeyd edək ki, UPOS -ödənişləri mobil telefon vasitəsilə qəbul etmək üçün yaradılan POS-terminal xidmətidir.
UPOS-un əsas üstünlükləri:
Əlavə POS-terminal cihazına ehtiyac yoxdur;
7/24 onlayn şəkildə qoşulma imkanı;
Asanlıqla daşınabilən mobil cihazlardan istifadə edirsiniz;
Xidmət haqqı və aylıq ödəniş tələb olunmur.
UPOS-a qoşulmaq da çox asandır. Xidmətə istənilən vaxt qoşula bilərsiniz. Telefonunuzdakı UBank Biznes mobil əlavəsinə daxil olaraq, “UPOS” bölümündə ümumi məlumatları daxil edib, ödənişləri qəbul edəcəyiniz hesabı seçirsiniz. Elektron müqaviləni imzaladıqdan sonra sorğu tamamlanır və bankın təsdiqinin ardınca ödənişləri istər öz mobil cihazınızda, istərsə də seçiminizə uyğun digər əməkdaşlarınızın mobil cihazlarından qəbul edə biləcəksiniz.
Xidmət haqqında ətraflı bankın saytından (https://unibank.az/az/corporatemenus/585/upos) məlumat almaq olar.
“Unibank”ın digər biznes məhsul və xidmətlərindən filiallarda istifadə etmək istəsəniz, həftəiçi saat 09.00-dan 17.00-dək “Qara Qarayev”, 16 saylı, “Dərnəgül”, “Yasamal”, “Nərimanov”, “Neftçilər”, “Əhmədli”, “Əcəmi” filialları, “Unibank- biznes mərkəzi”, “Sədərək” Biznes Mərkəzi, eləcə də “Unibank”ın bölgə filialları xidmətinizdədir. Bankın biznes məhsul və xidmətləri haqqında ətraflı məlumatı (012) 117 nömrəli telefondan və bankın saytından (https://www.unibank.az/az/corporate/index) əldə etmək olar.
Unibank- Sənin Bankın!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
12 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 16 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















