“AzInTelecom”un yeni data mərkəzlərinə “TIER 3 Design” sertifikatı verilib
(®) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC tərəfindən Azərbaycanda iki yeni data mərkəzinin tikintisi ilə bağlı hazırlıq işlərinə start verilib. Tikiləcək data mərkəzləri üçün dayanıqlılıq və etibarlılıq üzrə beynəxalq keyfiyyət standartlarını müəyyən edən “TİER 3 Design” sertifikatı alınıb.
ABŞ-nin “Uptime Institute” təşkilatı tərəfindən verilən sertifikat etibarlı məlumat mübadiləsi, dayanıqlılıq və fasiləsiz xidmət baxımından beynəlxalq nüfuzlu sertifikat hesab olunur.
“AzInTelecom” MMC Cənubi Qafqaz regionunda “TIER 3” sertifikatına malik ilk qurumdur. Şirkətə məxsus, Bakı və Yevlaxda yerləşən mövcud data mərkəzlərinin hər ikisi üçün “TIER 3” və “TIER 3 Design” sertifikatları alınıb. Bu günədək 115 dövlət qurumu öz informasiya sistemlərini həmin data mərkəzlərinə tam və ya qismən miqrasiya edib.
Ölkədə etibarlı “bulud” xidmətləri üzrə artan tələbat, dövlət xidmətlərinin və idarəetmə proseslərinin rəqəmsallaşması, emal olunan məlumatların çoxluğu yeni data mərkəzlərinin tikintisinə zərurət yaradıb. Bu məqsədlə “AzInTelecom” MMC tərəfindən beynəlxalq məsləhətçi şirkət cəlb edilməklə 150-yə yaxın dövlət qurumu ilə müzakirələr aparılıb. Məlumat sorğusu əsasında növbəti 10 il üçün tələbat müəyyən edilib və konsepsiya sənədi hazırlanıb.
Abşeron və Hacıqabul rayonlarında tikiləcək yeni data mərkəzlərinin Azərbaycanda rəqəmsallaşma prosesinə mühüm töhfə verəcəyi gözlənilir. Hazırkı data mərkəzlərində olduğu kimi, yeni data mərkəzlərində də kritik infrastruktur sistemləri xüsusi rejimdə rezervlənəcək, aktiv avadanlıqlar yüksək səviyyədə soyutma boru kəmərləri ilə təmin olunacaq. Nəticə etibarilə avadanlıqlara texniki baxış və təmir zamanı da xidmətin fasiləsizliyi təmin ediləcək. Bundan başqa, enerjidən istifadənin optimallaşdırılması və enerji paylaşdırıcı avadanlıqlar sayəsində mərkəzlər ekoloji baxımdan ətraf mühitə yüksək həssaslıqla fəaliyyət göstərəcək.
Qeyd edək ki, yeni data mərkəzlərinin qurulması rəqəmsal dövlət xidmətlərinin göstərilməsi və təşkilinin yaxşılaşdırılmasına, qurumlar üçün ayrı-ayrı “bulud” infrastrukturunun alınması və saxlanılmasına sərf olunacaq xərclərə qənaət edilməsinə, ölkənin rəqəmsallaşma ilə bağlı beynəlxalq reytinqinin yüksəldilməsinə, qurumlararası məlumat mübadiləsinə və böyükhəcmli məlumatların təhlilinə təkan verəcək.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 6 saat əvvəl
-
-
1 gün əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
3 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
İş əlcəkləri istehsalı müəssisəsinin açılışı oldu
Azərbaycanda beynəlxalq sığorta forumu keçiriləcək
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub














.jpg)








