Türk İnvestisiya Fondunun fəaliyyətə başlayacağı tarix müəyyənləşib
Türk İnvestisiya Fondu (TİF) bu il noyabrın 1-dən əməliyyat fəaliyyətinə başlayacaq.
Fondun məlumatına görə, bununla bağlı qərar TİF-in Direktorlar Şurasının iyulun 20-də İstanbulda keçirilən iclasında qəbul edilib.
“Görüş türk dövlətləri arasında iqtisadi əməkdaşlığın və investisiyaların təşviqini hədəfləyən fondun idarəetmə strukturu və fəaliyyəti ilə bağlı mühüm qərarların qəbul ediləcəyi platformaya çevrilib”, - məlumatda bildirilib.
Görüşdə "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin icraçı direktoru Ülvi Mansurov, “Qazaxıstan İnkişaf Bankı” ASC-nin İdarə Heyətinin sədri Marat Elibayev, Türkiyənin Xəzinə və Maliyyə Nazirliyinin Xarici İqtisadi Əlaqələr üzrə baş direktoru Kerem Dönmez, Özbəkistanın Yenidənqurma və İnkişaf Fondunun icraçı direktoru Şurxat Vafayev, Qazaxıstan Milli İqtisadiyyat Nazirliyinin Beynəlxalq İqtisadi Əlaqələr Departamentinin direktoru Səadət Asanseitova, eləcə də TİF-in baş direktoru Ramil Babayev iştirak ediblər.
“İclasda bir sıra mühüm qərarlar, o cümlədən Direktorlar Şurasının reqlamentinin, TİF-in 2024-cü il üçün ilkin inzibati büdcəsinin, maliyyə resurslarının idarə edilməsi siyasətinin təsdiqlənməsi, eləcə də fondun əməliyyat fəaliyyətinin başlama tarixinin müəyyən edilməsi və fondun baş direktoruna zəruri əməliyyatların aparılması üçün imza hüququnun verilməsinə dair qərarlar qəbul edilib”, - məlumatda bildirilib.
Bundan başqa, iclas iştirakçıları Macarıstanın TİF-in təsis edilməsi haqqında sazişə qoşulmasını alqışlayıblar.
“Direktorlar Şurasının avqustun əvvəlində keçiriləcək növbəti iclasında TİF-in fəaliyyətinin təşkilati və maliyyə çərçivələri müəyyən ediləcək. TİF-in əməliyyat fəaliyyətinə başlaması üçün hədəf tarix 2024-cü il noyabrın 1-i müəyyən edilib”, - məlumatda qeyd olunub.
Xatırladaq ki, "Türk İnvestisiya Fondunun yaradılması haqqında" Saziş 2023-cü il martın 16-da Türkiyənin Ankara şəhərində Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə görüşü zamanı imzalanıb. Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycandan rəhbər iqtisadiyyat naziri Mikayıl Cabbarov, alternativ rəhbər isə maliyyə naziri Samir Şərifov təyin edilib.
Fondun nizamnamə kapitalı 500 milyon ABŞ dolları təşkil edir. Fond öz məqsədini həyata keçirmək üçün aşağıdakı funksiya və səlahiyyətlərə malikdir:
- regiondaxili ticarətin təşviqində yardım etmək;
- xüsusilə mikro, kiçik və orta müəssisələrə aid olan layihələri maliyyələşdirmək;
- beynəlxalq və milli maliyyə və inkişaf institutları, eləcə də ticarət palataları və özəl müəssisələr ilə əməkdaşlıq etmək və birgə maliyyələşdirmək;
- nəqliyyat və logistika zəncirlərinin, saxlama və istehsal imkanlarının genişləndirilməsini dəstəkləmək;
- dövlət-özəl tərəfdaşlığı daxil olmaqla rəqəmsal infrastrukturun yaradılmasını və modernləşdirilməsini dəstəkləmək;
- sənaye istehsalı, infrastruktur, nəqliyyat, kənd təsərrüfatı, informasiya və kommunikasiya texnologiyaları və turizm daxil olmaqla qarşılıqlı maraq doğuran sahələrdə inkişaf layihələrini dəstəkləmək;
- enerji səmərəliliyi, bərpa olunan enerji və ətraf mühitin mühafizəsinə investisiya yatırmaqla yaşıl iqtisadiyyata töhfə verən layihələri maliyyələşdirmək;
- zəruri hesab edildikdə investisiya layihələrinin hazırlanması üçün yardım və maliyyə dəstəyi təmin etmək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
BOKT illik 18% gəlir təklif edən istiqrazlarına “Ticarətə İcazə” qərarı verildi
-
-
5 saat əvvəl
“Zabrat maşınqayırma zavodu” özəlləşdirildi - QALİB ŞİRKƏTİN ADI VƏ MÜQAVİLƏNİN MƏBLƏĞİ AÇIQLANDI
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanın investisiya şirkətlərinin 2025-ci il üzrə dövriyyələri açıqlandı - SİYAHI
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Azərişıq”ın Naxçıvan idarəsinin rəisi və şöbə müdiri vəzifədən azad edilib
-
7 saat əvvəl
ABŞ: Məqsəd Qrenlandiyanı “işğal etməklə deyil, satın alaraq” əldə etməkdir
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dövlət Xəzinədarlıq Agentliyinə direktor təyin olunub
Bakı Fond Birjasının dövriyyəsi 10 faizdən çox azalıb
Ən çox oxunanlar
Xalq Bankdan depozit seyfi xidməti
Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı
"Ermənistan və Azərbaycan potensial ticarət üçün məhsul siyahılarını mübadilə edir"
Dövlətə məxsus bank və BOKT-ların yenidən təşkilinə və ləğvinə prezident qərar verəcək
Dünyada mis çatışmazlığının daha da dərinləşməsi gözlənilir
Yanvarın 9-da gözlənilən hava şəraiti








.jpg)















