Şirkətdə 10 nəfərin ölümü ilə nəticələnən partlayışla bağlı istintaq tamamlanıb, 2 rəhbər şəxs həbs edilib
Tağı İbrahimovun xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınmasına əsaslı şübhələr müəyyən edilib.Xəbər verildiyi kimi cari il yanvarın 15-də paytaxtın Binəqədi rayonunda “Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin ərazisində yerləşən mebel emalatxanalarında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla müşayiət olunan partlayış baş verməsi faktı əsasında Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.
Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Qeyd edilib ki, ibtidai istintaqla ASC-nin faktiki sahibi, 1962-ci il təvəllüdlü Tağı İbrahimov və ASC-də inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən, 1992-ci il təvəllüdlü Toğrul Rzayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxslər kimi bu qaydaları ehtiyatsızlıqdan pozaraq 10 nəfərin ölümünə, 23 nəfərin isə xəsarət almasına, habelə ASC-nin ərazisində olan əmlaklara və təbiətə maddi ziyan vurmaqla digər ağır nəticələrə səbəb olmaları, həmçinin Tağı İbrahimovun xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınmasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Tağı İbrahimova Cinayət Məcəlləsinin 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) və 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə, Toğrul Rzayevə isə həmin Məcəllənin 225.3-cü maddəsi ilə yekun ittiham elan edilib, onların hər ikisi barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
6 d. əvvəl
SOCAR-ın prezidenti Afrika ölkəsində səfərdə olub, alınmış 10% pay ilə bağlı müzakirə aparılıb
-
- 16 d. əvvəl
-
23 d. əvvəl
"Bank Respublika" Dövlət Vergi Xidmətinin təşkil etdiyi tədbirdə xüsusi mükafata layiq görülüb
-
32 d. əvvəl
“Prior Leasing" bol qazanclı yeni istiqrazların buraxılışına hazırlaşır
-
1 saat əvvəl
Tramp: İranın raket və hərbi infrastrukturunun böyük hissəsi məhv edilib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Sığorta şirkəti 2025-ci ili 1 milyon 750 min manat xalis mənfəət ilə başa vurub
-
15 saat əvvəl
Azərbaycan-İran dövlət sərhədində yük avtomobillərinin hərəkəti tam dayandırılıb
- 15 saat əvvəl
-
15 saat əvvəl
Azərbaycan və İsrailin xarici işlər nazirlərinin telefon danışığı olub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
SOCAR-ın prezidenti Afrika ölkəsində səfərdə olub, alınmış 10% pay ilə bağlı müzakirə aparılıb
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Bank of Baku-da maliyyə savadlılığı günü
Expressbankdan bayram təklifi!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Müdafiə Nazirliyi: İran Naxçıvana 4 dron yönləndirib, onlardan 1-i Azərbaycan Ordusu tərəfindən sıradan çıxarılıb























