Unibank müştəriləri üçün 1 500 000 manatlıq “Əjdaha” lotereya keçirir
(®) Üç təmirli və əşyalı evdən, səkkiz ədəd Toyota Corolla Cross avtomobilindən, 50 Apple iPhone 15 Pro telefonundan birinə və 250 000 manatlıq pul uduşunda seçilmiş məbləğlərə sahib olmaq istəyirsiniz? Bu istəyə çatmağın yolu çox sadədir. Sadəcə ödənişlərinizi Unibank kartları ilə edirsiniz və möhtəşəm hədiyyələr qazanırsınız.
Bu dəyərli hədiyyələrə sahib olmaq imkanını sizə “Unibank”ın 1.5 milyonluq hədiyyə büdcəsi olan “Əjdaha” tirajlı stimullaşdırıcı lotereyası yaradır. İyulun 20-dən dekabrın 20-dək davam edəcək lotereya çərçivəsində Unibank müştəriləri ümumilikdə 1300-ə yaxın hədiyyə qazanacaq.
Lotereyada hansı hədiyyələr udulacaq?
Lotereya hərəsi 1 ay davam etməklə, 5 tirajı əhatə edir. Lotereyanın baş mükafatı Seabreeze Park Residence-2-də yerləşən 3 ədəd tam təmirli və əşyalı mənzildir. Bundan başqa lotereyada 8 ədəd Toyota Corolla Cross avtomobili, 50 dənə Apple iPhone 15 Pro telefonu, 100 ədəd 1000 manatlıq, 100 ədəd 500 manatlıq, 1000 ədəd isə 100 manatlıq pul uduşları oynanılacaq.
Lotereyada kimlər iştirak edəcək?
“Unibank”ın debet, kredit, digital kartları ilə (lokal , biznes, Leobank layihəsi üzrə rəsmiləşdirilən kartlar istisna) nağdsız ödəniş edən müştərilər iştirak edəcəklər. Müştəri hər tirajda iştirak edə bilməsi üçün həmin tiraj dövründə minimum 50 AZN nağdsız əməliyyat edərək, 5 şans qazanmalıdır. Nağdsız ödəniş edilən hər tam 10 AZN və onun ekvivalent məbləği müştərilərə lotereyada 1 iştirak şansı qazandırır.
Yalnız birinci tirajda market, yanacaq doldurma, kafe və restoranlarda edilən hər tam 10 AZN dəyərində nağdsız əməliyyat müştəriyə 3 şans qazandıracaq.
Hansı əməliyyatlar şans qazandırmır?
- Nağd əməliyyatlar;
- Kredit ödənişləri, depozit artımı, Topla yaradılması, kartdan karta köçürmə, quasi cash əməliyyatları, sürətli pul köçürmələri, broker xidmətlər, Qumar-mərc oyunlarına, lotereyalara ödənişlər;
-Reversal (ləğv olunmuş) əməliyyatlar.
Lotereya haqqında daha ətraflı məlumatı bankın saytından (https://unibank.az/lottery/index?language=az) öyrənə bilərsiniz. Uduş fondunun oynanılması xüsusi kompüter proqramı vasitəsilə elektron püşkatma qaydasında Xəzər TV-də canlı olaraq keçiriləcək.
Unibank kartınla xərclə və “Əjdaha” lotereyasında iştirak et!
Unibank -Sənin Bankın!
Müştərilərin xəbərləri
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
4 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 5 saat əvvəl
-
-
5 saat əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
5 saat əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
9 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Ən çox oxunanlar
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb























