Neft Fondunun 25 ildə səhm indeksləri strategiyası üzrə gəlirləri açıqlanıb
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) səhm indeksləri strategiyası üzrə yaranma tarixindən 232% və ya 5,6 milyard ABŞ dolları gəlir əldə edib (30 iyun 2024-cü il tarixinə).
Bu barədə ARDNF-dən bildirilib.
Qeyd olunub ki, əksər institusional investorlar, o cümlədən suveren sərvət və pensiya fondları kimi ARDNF də kotirovka olunan səhmlərə investisiyalarını həyata keçirərkən passiv idarəetmə strategiyasından istifadə edir. Bu strategiya individual şirkətlərin səhmlərinə investisiya etmək əvəzinə, “MSCI World” kimi xüsusi səhm indekslərini izləməyi nəzərdə tutur. ARDNF-nin səhm portfeli üzrə izlədiyi əsas indeks olan “MSCI World” indeksi 23 inkişaf etmiş ölkənin 11 sektoru üzrə 1430 şirkətin səhmlərini özündə birləşdirir. Bu şirkət səhmlərinin toplam bazar kapitalizasiyası 70 trilyon ABŞ dollarına yaxındır.
“MSCI World” indeksinin izlənilməsi üzrə göstəricilər* (30 iyun 2024-cü il tarixinə)

*ARDNF-nin kotirovka olunan səhm investisiyalarının “MSCI World” indeksini izləyən hissəsi. Bundan əlavə 1.5 milyard ABŞ dolları həcmində hissəni “MSCI Europe ex UK” indeksini izləyən portfel və nağd vəsaitlər təşkil edir.
Səhm indeksi hər hansı region, ölkə, sektor və digər amillər üzrə birjada kotirovka olunan şirkətləri ehtiva etməklə müvafiq bazarı özündə əks etdirən səhm toplusudur. Bu indekslərə nümunə olaraq “S&P 500” (ABŞ səhm bazarının 500 ən iri həcmli şirkəti), “STOXX Europe 600” (Avropanın inkişaf etmiş ölkələrinin 600 kiçik, orta və iri həcmli şirkəti), “NASDAQ 100 Technology Sector” (100 ən böyük texnologiya şirkəti) göstərmək olar.
“MSCI World” indeksinin ölkələr və sektorlar üzrə bölgüsü (30 iyun 2024-cü il tarixinə


Qeyd: Bildirək ki, cədvəllərdə və qrafiklərdə əksini tapmış rəqəmlər 30 iyun 2024-cü il tarixinədir və bu rəqəmlər daimi olaraq bazar hərəkətlərinə uyğun olaraq dəyişir.
Qeyd edək ki, passiv idarəetmə çərçivəsində indeksin izlənilməsi dedikdə, indeksə daxil olan səhmlərə onların indeksdəki çəkilərinə müvafiq olaraq investisiya etməklə səhm portfelinin qurulması nəzərdə tutulur. Əlavə olaraq bildirmək istərdik ki, ARDNF Birja ticarəti fondları (ETF - Exchange Traded Funds) və ya müştərək fondlara (mutual funds) yatırım etmir, indeksə daxil olan şirkətlərin səhmlərini birbaşa alır.
ARDNF-nin İnkişaf etmiş ölkələrdə kotirovka olunan səhm investisiyaları üzrə əsas göstəricilər və gəlirlilik (30 iyun 2024-cü il tarixinə)
İnvestisiya edilən vəsait | 7.1 milyard ABŞ dolları |
Gəlir | 5.6 milyard ABŞ dolları |
Cari dəyər | 12.7 milyard ABŞ dolları |
Portfelin yarandığı tarixdən gəlirlilik | 232% |
Bir daha vurğulamaq istərdik ki, ARDNF individual səhmləri seçməklə spekulyativ və ya riskli strategiyanı deyil, bir çox institusional investorlar kimi daha konservativ, diversifikasiyanı təmin edən passiv idarəetmə strategiyasını həyata keçirir.
© APA
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
2 saat əvvəl
PAŞA Bank Türk Hava Yolları ilə eksklüziv əməkdaşlıq müddətini uzatdı
-
4 saat əvvəl
Məşhur bazar analitikindən 20 faizlik çöküş xəbərdarlığı: 6 səbəb sadaladı
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
- 5 saat əvvəl
-
5 saat əvvəl
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
- 6 saat əvvəl
-
6 saat əvvəl
Almaniyada məşğulluq böhranı: İşçi qüvvəsinin 30 faizi bazarı tərk edəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
Lizinq şirkəti BOKT yaradır
Ən çox oxunanlar
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
Azercell və Samsung-dan yeni kampaniya!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
“Merkuri BOKT” növbədənkənar yığıncaq keçiriləcək






























