Trampın açıqlamalarından sonra dollar maydan bəri ən aşağı səviyyəsinə düşüb
Yapon yeninin güclü bahalaşması və Donald Trampın bəyanatları fonunda Amerika dolları (USD) əsas valyutalar qarşısında 2024-cü ilin may ayından bəri ən aşağı səviyyəyə enib. ABŞ prezidentliyinə namizəd Donald Tramp güclü dolların Amerika ixracatının rəqabət qabiliyyətini zəiflətdiyini qeyd edib, həmçinin yen və yuanın ucuz olmalarına işarə edib. Bu, onun bu il seçkilərdə qalib gələcəyi təqdirdə ABŞ valyutasını zəiflətmək üçün addımlar ata biləcəyi ilə bağlı narahatlıqları artırıb.Bloomberg Dollar Spot Index (BBDXY) iyulun 17-də ticarət zamanı 0,4% dəyər itirərək 1246,92 bəndədək geriləyib.
Marja xəbər verir ki, bu, son iki ayda minimum səviyyədir.
İndeks inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin valyutalarından ibarət səbətin ABŞ dollarına nisbətdə dinamikasını izləyir.
Beynəlxalq Forex bazarında Yapon yeni dollara qarşı (USD/JPY) təxminən 1,5% bahalaşıb, ölkə hakimiyyətinin milli valyutanı dəstəkləmək üçün yenidən müdaxilə edə biləcəyinə dair davam edən gözləntilər fonunda, Donald Tramp Bloomberg-ə müsahibəsində yen məzənnəsinin zəifliyinə diqqət çəkib.
"Bizim böyük valyuta problemimiz var", Tramp deyib. O qeyd edib ki, yen və yuanın zəifliyi fonunda güclü dollar, öz məhsullarını ixrac edən Amerika şirkətləri üçün böyük yükdür: "Mən həmişə müşahidə etmişəm ki, onlar (Yaponiya və Çin) öz valyutalarını zəif saxlamaq üçün çox mübarizə aparırlar".
Donald Trampın açıqlamaları onun builki seçkilərdə qalib gələcəyi təqdirdə ABŞ valyutasını ucuzlaşdırmaq üçün addımlar ata biləcəyi ilə bağlı qorxuları artırıb. ABŞ-da prezident seçkiləri 2024-cü il noyabrın 5-nə təyin edilib.
Bloomberg Dollar Spot Index (BBDXY) inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin valyutalarından ibarət səbətin ABŞ dollarına qarşı performansını izləyir. Səbətə valyuta bazarlarında ən yüksək likvidliyə malik valyutalar daxildir - Avro, Yapon yeni, Kanada dolları, Britaniya funtu, Meksika pesosu, Çin yuanı, İsveçrə frankı, Avstraliya dolları, Cənubi Koreya vonu, Hindistan rupisi, Sinqapur dolları və Yeni Tayvan dolları.
Yaponiya hakimiyyəti ötən həftə yenin məzənnəsini dəstəkləmək üçün 3,5 trilyon yen (22 milyard dollar) xərcləyib. Bir neçə ay əvvəl onlar Yapon valyutasının ucuzlaşmasının qarşısını almaq üçün rekord məbləğlər xərcləyiblər. Son on iki ayda yen təxminən 11% ucuzlaşaraq 1980-ci illərdən bəri ən aşağı səviyyəyə düşmüşdü. İyulun 3-də keçirilən ticarət zamanı USD/JPY cütlüyü bir dollar üçün 161 yenini ötərək 161,95 yenaya çatmış, bu da Yaponiya valyutası üçün 1986-cı ildən bəri ən aşağı səviyyə olmuşdu.
Müştərilərin xəbərləri
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
9 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 9 saat əvvəl
-
-
9 saat əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
9 saat əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
14 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Ən çox oxunanlar
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb

























