Azərbaycanda ilk dəfə - yerli və qlobal şirkət rəhbərlərilə influencerlər görüşəcək
Sosial media həyatımızın ayrılmaz bir parçasına çevrilib.
Azərbaycan əhalisinin üçdəbiri aktiv olaraq sosial media istifadəçisidir. Sosial medianın əsas elementi kontentdir və hər gün istifadəçilər yüzlərlə yeni kontentlə qarşılaşırlar. Məhz maraqlı və istifadəçiyə faydalı kontent izlənir, paylaşılır və bu kontenti yaradanlar yeni izləyici kütləsi əldə edirlər. Bloqerlər, məşhurlar, jurnalistlər, müxtəlif sahələr üzrə ekspertlər, sosial aktiv insanlar, ictimai xadimlər və digər auditoriya sahiblərini influencer adlandırmaq olar. Influencer-lər sosial mediada yaranan fikirlərə əsas istiqamət verənlər hesab olunur və buna görə də brendlər öz kommunikasiya layihələrində inlfuencer-ləri cəlb etməklə ciddi uğurlar qazanırlar.
Regionda ilk dəfə 30 sentyabr 2017-ci il tarixində Dreamland-də “Influencer Day Baku” tədbiri keçiriləcəkdir.
Tədbirdə Sosial Eranın marketinq texnologiyaları, data marketing, MarTech investisiyaları müzakirə olunacaq və qonaqlara Mərkəzi Avrasiya regionunda fəaliyyət göstərən Keepface Influencer Marketing platforması təqdim olunacaq.
Tədbirdə 150 nəfər xüsusi dəvət olunmuş top influencerlər, brend sahibləri, marketinq və PR mütəxəssiləri, media nümayəndələri, investorlar və seçilmiş ictimai xadimlər iştirak edəcək.
Əlavə olaraq tədbirə ABŞ-dan spiker cəlb olunması planlaşdırılır.
Keepface dünyada trend marketinq strategiyası sayılan "Influencer Marketing"i avtomatlaşdıran platformadır. Bu platformada influencerlər və brendlər bir-birini taparaq sosial media kampaniyalarını həyata keçirirlər. Keepface istifadəçiləri brendlər platforma üzərindən influencer-lərin göstəricilərini analiz edə, onlarla kommunikasiya qura və sifariş verə bilirlər. Hazırda Keepface regionda 30-dan çox yerli və beynəlxalq şirkət və agentliklərə xidmət göstərir. Tədbirdə iştrak yalnız xüsusi dəvətnamə ilə mümkün olacaq.
Baku Business Factory
Baku, Azerbaijan, AZ1010
+994 (55)989 70 60
E-mail: l[email protected]
URL: www.keepface.com
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
5 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 17 d. əvvəl
- 19 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq























