İcbari tibbi sığorta fonduna əlavə pul lazımdır, qanunvericilikdə dəyişikliklər ediləcək
"İcbari tibbi sığorta fondunun maliyyə mənbələrinin genişləndirilməsi üçün beynəlxalq təcrübənin öyrənilməsi, həmçinin mövcud qanunvericilikdə bu istiqamətdə dəyişikliklərin edilməsi ilə bağlı tərəfimizdən müvafiq işlər görülür".
Marja.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev Azərbaycan Beynəlxalq Sığorta Forumunda açılış nitqində bildirib.
Sədr nitqində qeyd edib ki, sığorta bazarının əsas iştirakçıları olan sığorta şirkətlərini, bir çox mütəxəssisləri və maraqlı tərəfləri bir araya gətirən Azərbaycan Beynəlxalq Sığorta Forumu ölkəmizdə bu sahənin inkişaf potensialını və çağırışları müzakirə etmək üçün əla fürsətdir.
“Hər kəsə məlumdur ki sığorta - bütün dünyada gözlənilməz hadisələr zamanı baş verə biləcək riskləri minimuma endirmək və maliyyə itkilərindən qorumaq üçün dəyərli bir alət hesab olunur. Əlbəttə, cəmiyyət üçün sığortanın bütün növləri vacibdir. Çünki bədbəxt hadisələr, təbii fəlakətlər, xəstəliklər, qəzalar və müxtəlif xoşagəlməz hallar baş verdikdə insanlar gözlənilməz xərclərlə qarşılaşırlar. Bundan qorunmağın yollarından biri sığortalanmaqdır. Bu mənada bütün sığorta şirkətləri və onların ümumi fəaliyyəti iqtisadi sistemin ayrılmaz bir hissəsidir. Amma bir növ sığorta var ki, yaşından və statusundan asılı olmayaraq hamı üçün vacibdir. Bu icbari tibbi sığortadır. Çünki insan sağlamlığına dəyən ziyan bərpaolunmaz fəsadlar törədə bilər. Ona görə də hesab edirəm sağlamlığın sığortası hər kəs üçün prioritet bir məsələ olmalıdır.
Dünya təcrübəsi göstərir ki, əhalinin sağlamlığının qorunmasında tibbi sığorta mühüm rol oynayır. Belə ki, tibbi sığortanın yüksək səviyyədə təşkil olunduğu ölkələrdə əhalinin sağlamlığı daha etibarlı qorunur, müalicə-profilaktika işlərinin əhatə dairəsinin genişləndirilməsi imkanları yaranır.
Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə də məhz əhalinin sağlamlığının daha effektiv qorunması və səhiyyə ilə bağlı maliyyə yükünün azaldılması məqsədi ilə ölkəmizdə icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Həmrəylik prinsipinə əsaslanan bu sosial layihə ölkəmizdə səhiyyə sahəsində aparılan vacib islahatdır”.
Zaur Əliyev bildirib ki, Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqində məqsədimiz, səmərəli tibbi xidmətlərin göstərilməsinə zəmanət verəcək universal və dayanıqlı tibbi sığortanı təmin etmək, səhiyyənin maliyyələşdirilməsini təkmilləşdirməkdir: “BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin “heç kim kənarda qalmasın” prinsipi nəzərə alınaraq qurulan icbari tibbi sığorta sistemi əhalinin səhiyyə sahəsində fundamental ehtiyaclarını qarşılamaq məqsədi daşıyır. Hədəfimiz hər kəsin ehtiyac duyduğu keyfiyyətli səhiyyə xidmətlərini maddi çətinlik çəkmədən əldə etməsi üçün universal tibbi təminata nail olmaqdır. Qeyd edim ki, ölkəmizdə tətbiq olunan icbari tibbi sığorta ilə uşağdan böyüyə qədər hər kəs əhatəlidir və sığorta çərçivəsində qarşılanan 3300-dən çox tibbi xidmətdən ödənişsiz istifadə hüququ əldə edib.
Son illər dövlət büdcəsindən səhiyyə xərcləri üçün ayrılan vəsaitlərin artımı, səhiyyə üzrə xərclərin büdcə xərclərində payının çoxalması dövlətin bu sahəyə ayırdığı diqqətin göstəricisidir. Bütün bunlar bizə tibbi xidmətlərin keyfiyyətini və çeşidini artırmağa imkan verir. Ötən il biz uzun müddətdir təklif olunan qaraciyər, böyrək və sümük iliyi transplantasiyası və digər dəyəri yüksək cərrahi əməliyyatları da icbari tibbi sığorta təminatına daxil etdik. Nəticədə əhalinin tibbi xidmətlərə, xüsusən bahalı cərrahı əməliyyatlara əlçatanlığı artdı”.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyin İdarə Heyətinin sədri qeyd edib ki, icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərin keyfiyyətinin daha da artırılması və universal tibbi təminatın təşkil olunmasının əsasında icbari tibbi sığortanın maliyyə dayanıqlığını tam təmin etmək dayanır: “İcbari tibbi sığortanın maliyyə mənbələrini təhlil edəndə biz görürük ki, səhiyyə xərclərinin maliyyələşməsində əhəmiyyətli hissəni əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanması üçün dövlət büdcəsindən ayırmalar və icbari tibbi sığorta fondu təşkil edir. İcbari tibbi sığorta fondunun maliyyə mənbələrinin genişləndirilməsi üçün beynəlxalq təcrübənin öyrənilməsi, həmçinin mövcud qanunvericilikdə bu istiqamətdə dəyişikliklərin edilməsi ilə bağlı tərəfimizdən müvafiq işlər görülür”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
12 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur
















.jpg)


.jpg)



