Qlobal iqtisadiyyatın daha sürətli artacağı proznozu verildi - YENİ MƏRHƏLƏ BAŞLAYIR
Fitch Ratings bu il qlobal iqtisadiyyat üçün artım proqnozunu isə 2,4 faizdən 2,6 faizə qaldırıb.Beynəlxalq kredit reytinqi agentliyi Fitch Ratings Qlobal İqtisadi Proqnozlar Hesabatının iyun buraxılışını "Pul siyasəti yeni mərhələyə qədəm qoyur" başlığı ilə dərc edib.
Marja.az xəbər verir ki, hesabatda, Avropada canlanma ehtimalına inamın artması, Çinin ixrac sektorunun canlanması və Çindən kənarda inkişaf etməkdə olan bazarlarda daxili tələbatın daha güclü inkişaf göstərməsi səbəbindən qlobal artım proqnozlarının yuxarıya doğru yenidən nəzərdən keçirildiyi bildirilib.
Hesabatda dünya iqtisadiyyatının 2024-cü il üçün artım proqnozunun 2,4 faizdən 2,6 faizə yüksəldildiyi, qlobal iqtisadiyyatın hər iki ildə - 2025 və 2026-cı illərdə 2,4 faiz artacağı gözlənilir.
ABŞ iqtisadiyyatı tədricən yavaşlayır
Hesabatda ABŞ iqtisadiyyatının yavaşladığı, lakin bunun mərhələli xarakter daşıdığı və bu il üçün ölkə iqtisadiyyatı üçün artım proqnozunun dəyişdirilmədən 2,1 faiz səviyyəsində qaldığı bildirilib. Bildirilib ki, ABŞ iqtisadiyyatının 2025-ci ildə 1,5 faiz, 2026-cı ildə isə 1,6 faiz artacağı gözlənilir.
Hesabatda Avrozona iqtisadiyyatının bu il üçün artım proqnozunun yuxarıya doğru nəzərdən keçirildiyi, regionun iqtisadiyyatın 2024-cü il üçün artım proqnozunun 0,6 faizdən 0,8 faizə yüksəldildiyi bildirilib. Hesabata görə, Avrozona iqtisadiyyatının 2025-ci ildə 1,5 faiz, 2026-cı ildə isə 1,4 faiz artacağı gözlənilir.
Hesabatda Çin iqtisadiyyatının bu il üçün artım proqnozunun 4,5 faizdən 4,8 faizə yüksəldildiyi, ölkə iqtisadiyyatının 2025-ci ildə 4,5 faiz, 2026-cı ildə də 4,5 faiz böyüməsinin gözlənildiyi bildirilib.
Qlobal pul siyasəti dövrü yeni mərhələyə qədəm qoyur
Mərkəz bankların pul-kredit siyasətini yumşaltmağa yönəldiyinə diqqət çəkən hesabatda, inflyasiyanın təəccüblü dərəcədə qalıcı olmaqda davam etdiyi və qlobal faiz dərəcələrinin qarşıdakı 12-18 ay ərzində “daha aşağı” templə düşəcəyinin gözlənildiyi vurğulanıb.
Hesabatda qlobal pul siyasəti tsiklinin faiz dərəcələrinin yavaş-yavaş, lakin yenə də tələbi məhdudlaşdıracaq səviyyələrə enəcəyi yeni mərhələyə qədəm qoyduğu bildirilib.
Hesabatda Avropa Mərkəzi Bankının (AMB) bu il daha iki dəfə faiz endirməsinin gözlənildiyi, ABŞ Federal Ehtiyat Sisteminin (FED) isə sentyabr ayında faiz endiriminə başlayacağı, dekabr ayında isə daha bir faiz endirimi edəcəyi bildirilib.
Hesabatda qeyd olunub ki, mərkəzi banklar xüsusilə yüksək xidmət inflyasiyası fonunda pul siyasətini çox tez yumşaltmaqda ehtiyatlı davranırlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
6 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 6 gün sonra
- 2 gün sonra
-
- 9 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 20 saat əvvəl
-
1 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
İyunun 28-də gözlənilən hava şəraiti
“Neqodnı” olan vətəndaşlara çağırış edirəm: "Vaxtında komissiyadan keçin ki, biz sizin haqqınızda hər hansı tədbirləri həyata keçirməyək"
Qızıl gətir, sərfəli kredit götür!
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ən çox oxunanlar
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı


























