Azərbaycanda iqtisadi artım barədə yeni məlumatlar açıqlandı
Azərbaycan iqtisadiyyatı 4,2% artıb
Dövlət Statistika Komitəsi 2024-cü ilin yanvar-may aylarında Ümumi Daxili Məhsul istehsalı barədə məlumatları açıqlayıb.
2024-cü ilin yanvar-may aylarında ölkədə 48 milyard 26 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur.
Ötən ilin yanvar-may ayları ilə müqayisədə iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər istehsalı 7,3 faiz artmış, neft-qaz sektorunda isə eyni səviyyədə qalmışdır.
ÜDM istehsalının 39,7 faizi sənaye, 9,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,0 faizi tikinti, 3,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 20,1 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,6 faizini təşkil etmişdir.
Əhalinin hər nəfərinə düşən ÜDM 4713,3 manata bərabər olmuşdur.
2024-cü ilin yanvar-may aylarında sənaye istehsalı haqqında
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2024-cü ilin yanvar-may aylarında 26,2 milyard manatlıq sənaye məhsulu istehsal edilmiş, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə neft-qaz sektorunda məhsul istehsalı 0,2 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 7,0 faiz artmışdır.
Sənaye məhsulunun 64,7 faizi mədənçıxarma sektorunda, 29,3 faizi emal sektorunda, 5,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 5,7 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 4,1 faiz artmışdır.
Emal sektorunda tikinti materiallarının istehsalı 38,8 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 37,5 faiz, mebel istehsalı 36,6 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 36,5 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 31,3 faiz, əczaçılıq məhsullarının istehsalı 29,6 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 25,7 faiz, elektrik avadanlıqlarının istehsalı 22,2 faiz, geyim istehsalı 21,3 faiz, tütün məmulatlarının istehsalı 18,4 faiz, içkilərin istehsalı 16,0 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 12,0 faiz, hazır metal məmulatlarının istehsalı 10,2 faiz, neft məhsullarının istehsalı 7,0 faiz, kimya sənayesi məhsullarının istehsalı 5,1 faiz, qida məhsullarının istehsalı 4,1 faiz, kağız və karton istehsalı 2,7 faiz artmış, ağacın emalı və ağacdan məmulatların istehsalı 7,2 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 11,1 faiz, poliqrafiya məhsullarının istehsalı 16,6 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 17,4 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 18,4 faiz, maşın və avadanlıqların istehsalı 19,5 faiz, sair sənaye məhsullarının istehsalı isə 67,5 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 4,1 faiz azalmış, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 11,7 faiz artmışdır.
Əsas kapitala yönəldilmiş investisiyalar haqqında
2024-cü ilin yanvar-may aylarında əsas kapitala 6 milyard 640,9 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,0 faiz çox investisiya yönəldilmişdir. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 9,2 faiz, qeyri neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 12,1 faiz artmışdır. İstifadə olunmuş investisiyanın 3 milyard 623,3 milyon manatı və ya 54,6 faizi məhsul istehsalı sahələrinə, 2 milyard 379,1 milyon manatı (35,8 faizi) xidmət sahələrinə, 638,5 milyon manatı (9,6 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş investisiyaların 5 milyard 386,9 milyon manatını və ya 81,1 faizini daxili investisiyalar təşkil etmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 4 milyard 644 milyon manatı və ya 69,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.
Müştərilərin xəbərləri

“Sadəcə ad dəyişmədik, biz loyallıq anlayışını yenidən yazdıq” – Fərid İslamovla “Bir Bonus” haqqında müsahibə
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 4 gün sonra
-
- 3 gün sonra
-
6 d. əvvəl
Bu BOKT sürətlə inkişaf edir, qazancını artırır - DAHA DA BÖYÜMƏK ÜÇÜN 10 MİLYON MANAT CƏLB EDİR
- 43 d. əvvəl
- 50 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Sabah "BİRKART BOKT"ın 2 milyon manatlıq istiqrazları yerləşdiriləcək
-
1 saat əvvəl
FMG şəhid və qazi övladlarını sevindirib, məktəb ləvazimatları hədiyyə edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

Bu BOKT sürətlə inkişaf edir, qazancını artırır - DAHA DA BÖYÜMƏK ÜÇÜN 10 MİLYON MANAT CƏLB EDİR

Azərbaycanda illik inflyasiya daha da yavaşlayıb

“Sadəcə ad dəyişmədik, biz loyallıq anlayışını yenidən yazdıq” – Fərid İslamovla “Bir Bonus” haqqında müsahibə

Azərbaycanda şirkətlərin say 8 faiz artaraq 200 minə yaxınlaşıb
Ən çox oxunanlar

“AzInTelecom”dan şəhid övladlarına dəstək

Cari əməliyyatlar balansında 6 ay ərzində 2.3 milyard dolları müsbət saldo qeydə alınıb

Mərkəzi Bank faizlərini dəyişməz saxladı

Qlobal birjalarda son vəziyyət - GÜNƏ BAXIŞ

Çinli avtomobil nəhəngi GAC, 2027-yə qədər Avropada satışlarını 17 dəfə artırmağı hədəfləyir
