“Best Managed Companies Azerbaijan 2024” biznes müsabiqəsinin qalibləri elan olundu - ADLARI
(®) Ölkənin biznes icmasının aparıcı şirkət nümayəndələri, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və digər dövlət qurumları rəsmilərinin iştirakı ilə “Best Managed Companies Azerbaijan 2024” biznes müsabiqəsinin təltifetmə mərasimi keçirildi.
May ayının 30-da keçirilən müsabiqənin təltifetmə mərasimində bu ilki qaliblərin adları açıqlanıb. Beləliklə, “Araz Supermarketlər şəbəkəsi”, “Azerconnect Group”, “Bridge Group of Companies”, “Embawood” və “Metak” şirkətləri müsabiqənin qalibləri seçilmişlər.
Mərasimdə açılış nitqi ilə çıxış edən Deloitte Azərbaycanın İdarəedici partnyoru Nuran Kərimov bu müsabiqənin tərəfdaşları və iştirakçı şirkətlərə təşəkkürünü bildirməklə, qeyd etmişdir:
“Azərbaycanda 20 illdən artıq dövr ərzində özəl və dövlət sektordan olan müştəri və partyorlarımızla milli sahibkarlığın güclənməsi üçün öz töhfəmizi verməkdəyik. Dünyanın ən böyük audit və konsaltinq xidmətləri göstərən firması olaraq biz, Azərbaycanın iqtisadi inkişafı istiqamətində üzərimizə düşən vəzifəni yaxşı anlayırıq. Hesab edirik ki, Best Managed Companies biznes müsabiqəsi Azərbaycan hökumətinin özəl sahibkarlığın inkişaf strategiyasına dəstək siyasətinə uyğun bir fürsətdir. Best Managed Companies proqramının mühüm özəlliyi şirkətin rəhbərinin fərdi nailiyyətini deyil ümumi biznes nəticələrini və dayanıqlı inkişafı dəyərləndirir”
Müsabiqənin təltifetmə mərasimində çıxış edən “PAŞA Bank”ın idarə heyətinin sədri Cavid Quliyevin sözlərinə görə, Bank özəl şirkətlər üçün bir sıra imkanlar və üstünlüklər yaradan “Best Managed Companies” layihəsi çərçivəsində artıq üçüncü ildir ki, Deloitte şirkəti ilə uğurlu tərəfdaşlıq edir.
Qeyd edək ki, “Best Managed Companies” layihəsi Deloitte şirkəti tərəfindən 30 il ərzində 50-yə yaxın ölkədə uğurla həyata keçirilmiş beynəlxalq bir müsabiqədir. Müsabiqədəki iştirakçı şirkətlər müstəqil münsiflər heyəti tərəfindən strategiya, insan kapitalının inkişafı, öhdəlik və maliyyə göstəriciləri kimi dörd meyar əsasında qiymətləndirilirlər. Müsabiqənin əsas məqsədi yüksək biznes fəallığı ilə fərqlənən yerli özəl şirkətləri qiymətləndirmək və onları geniş ictimaiyyətə tanıtmaqdır.
Azərbaycanda bu layihənin sponsorları Deloitte Azərbaycan və PAŞA Bank, tərəfdaşları Sahibkarlığın İnkişafı Fondu, AMCHAM Azerbaijan, ADA Universiteti, İctimai Televiziya və Radio yayımları şirkətidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 5 gün sonra
- 1 gün sonra
-
- 27 d. əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 2 gün əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycanda investisiya vərdişləri necə inkişaf edə bilər?
"Attestatla qəbul haqqında reklamlara tez-tez rast gəlirik. Burada məqsəd nədir: Savad və bilik əldə etmək, yoxsa müddətli həqiqi xidmətdən yayınmaq?"
Qızıl gətir, sərfəli kredit götür!
Ən çox oxunanlar
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib


























