Kredit müqavilələri üzrə borcalanın sığortalanması qaydası təsdiqlənib
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydası”nı təsdiqləyib.
Bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Qərara əsasən, qaydaya əsasən təqdim olunan sığorta təminatı şəxsi sığortaya aid olan həyatın ölüm halından sığortası və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası siniflərinə aid ediləcək. Sığorta obyekti sığortalının həyatı və əmək qabiliyyəti ilə bağlı əmlak mənafeləridir.
Qərarla sığorta predmeti kredit müqavilələri üzrə borcalan fiziki şəxslərdir.
Sığorta müqaviləsində sığorta təminatı verildiyi hallar istisna olmaqla, aşağıdakı kateqoriyalara aid şəxslər bu Qaydaya görə sığorta predmeti hesab edilmir:
- 18-dən aşağı, 65-dən yuxarı yaşı olanlar;
- narkoloji, psixonevroloji, vərəm, dəri-zöhrəvi dispanserlərdə qeydiyyatda olan şəxslər;
-Hepatit C, onkoloji, xroniki ürək-damar xəstəliklərindən əziyyət çəkən xəstələr, QİÇS olan xəstələr, İİÇV daşıyıcıları olan xəstələr.
Bundan başqa, sığorta müqaviləsində təminat verildiyi hallar istisna olmaqla, aşağıdakılar sığorta hadisəsi hesab edilmir:
- hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər, vətəndaş qarşıdurmaları, hərbi çevrilişlər və xalq iğtişaşları hesab edilən tədbirlər;
- nüvə, bakterioloji (bioloji) və kimyəvi vasitələrdən (silahlardan) istifadə etməklə həyata keçirilən terror aktları;
- sığortalının alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoşluğu, o cümlədən belə sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsi;
- nüvə partlayışlarının, şüalanma və radioaktiv çirklənmənin təsiri;
- sığortalının özünün idarə etdiyi uçuş aparatının (o cümlədən deltaplanın və paraşütün) qəzaya uğraması;
- sığortalının qış, sualtı, atçılıq, avia və döyüş idman növləri, avto-moto idman, paraşütlə tullanma, qayalara dırmanma, alpinizm, deltaplanerizm, dağ və su turizmi ilə peşəkar şəkildə məşğul olması.
AMB-nin Hüquq departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 20 saat sonra
-
- 54 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Ən çox oxunanlar
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi
DYP: Bu il sükan arxasında telefondan istifadə ilə bağlı 11 mindən çox inzibati xəta aşkarlanıb
"Kriptoaktivlərlə məşğul olmaq istəyən təşkilatlar Mərkəzi Bankdan lisenziya almalı olacaqlar"






















