Dollar istiqrazları ilə borc almış dövlət şirkətinin gəliri və mənfəəti azalıb
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC 2023-cü ili 43 milyon 685 min manat xalis mənfəət ilə başa vurub. Dövlət şirkəti 2022-ci ili 65 milyon 441 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin xalis mənfəəti 2023-cü ildə 2022-ci illə müqayisədə 21 milyon 756 min manat və ya 33,2% azalıb.
Marja.az ASCO-nun beynəlxalq standartlara uyğun hazırlanmış maliyyə hesabatına istinadən xəbər verir ki, Şirkətin əsas əməliyyat gəliri 2022-ci ildə 570 milyon 70 min manat ikən, 2023-cü ildə 524 milyon 194 min manata düşüb (45 milyon 876 min manat və ya 8% azalıb).
Ötən il “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin maliyyə xərcləri 8 dəfəyə yaxın artaraq 9 milyon 621 min manata yüksəlib. Bu, Şirkətin dollar istiqrazları vasitəsilə borc cəlb etməsilə əlaqədardır.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) 2023-cü il üzrə konsolidasiya olunmuş maliyyə hesabatları hazırlanıb. Hesabatlara dünyanın nüfuzlu auditor şirkətlərindən hesab edilən Ernst & Young Holdings (CIS) B.V. şirkəti audit edib və müsbət rəy verib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























