"Sığorta ödənişi alanların arasında Naxçıvandan bir nəfər belə olmayıb"
2011-ci ildən bəri İcbari Sığorta Bürosu (İSB) mülki məsuliyyəti sığortası olmayan avtonəqliyyat vasitəsi sahiblərinin vətəndaşların sağlamlığına vurduğu zərərə görə milyonlarla manat kompensasiya ödəyib, amma sığorta ödənişi alanların arasında Naxçıvan Muxtar Respublikasından bir nəfər belə olmayıb.
Bunu İSB-nin icraçı direktoru Rəşad Əhmədov bu gün Naxçıvan şəhərində keçirilən I Regional Sığorta Forumunda bildirib.
"Hazırda isə muxtar respublikada demək olar ki, bütün sığorta şirkətləri təmsil olunur. Vətəndaşlar son 15 ildə üzləşdikləri zərərlə bağlı sığorta şirkətlərinin xətti ilə İSB-yə müraciət edə, kompensasiya ala bilərlər", - deyə o qeyd edib.
Bundan başqa, icraçı direktor deyib ki, Büroya daxil olan müraciətlərin 80 %-i avtomobillərin icbari sığortası ilə bağlıdır.
"Ötən il vətəndaşlara təqribən 1,5 milyona yaxın sığorta şəhadətnaməsi təqdim edilib, 70 minə yaxın sığorta ödənişi həyata keçirilib. Bu da ümumilikdə 75-80 milyon manat sığorta ödənişe deməkdir", - deyə R.Əhmədov əlavə edib.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
3 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















