"Green Fintech Startup Challenge"-ə müraciətlər davam edir!
(®) ABB İnnovasiya Mərkəzi “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş "Green Fintech Startup Challenge" hakatonu keçirir.
“Verilmiş kreditlərin ətraf mühitə təsirini ölçməyə kömək edəcək dayanıqlı kredit qiymətləndirilməsi aləti”, “Elektron ticarətdə karbon ayaq izi kalkulyatoru”, “Blokçeyn əsaslı dayanıqlı və şəffaf təchizat zəncirinin qurulması platforması”, “Süni intellekt əsaslı ESG məlumatları üçün maliyyə əməliyyatlarını təhlil edən və bizneslər üçün fərdi tövsiyələr verən hesabat aləti” mövzuları hakatonun əsas istiqamətləridir. Müraciətçilər yarışmaya “Greentech” sahələr üzrə digər innovativ həllərlə də qatıla bilərlər.
"Green Fintech Startup Challenge" iştirakçılarına növbəti mərhələlərdə ideyalarının inkişafı üçün davamlı mentor dəstəyi və təlim imkanı yaradılacaq. Onlar inkubasiya mərhələsinə keçid, sahənin ekspertləri və aparıcı qurumların təmsilçiləri ilə netvorkinq, ideyalarını yekun işlək məhsula çevrmək imkanı qazanacaqlar. Hakatonda 1-ci yerin qalibinə 5000 AZN, 2-ci yerin qalibinə 3000 AZN, 3-cü yerin qalibinə 2000 AZN mükafat veriləcək. Üstəlik, onlar bu il ölkəmizdə keçiriləcək COP29 tədbirində təqdimat şansı əldə edəcəklər.
"Green Fintech Startup Challenge”-ə həm fərdi, həm komanda şəklində qoşulmaq olar. Müraciət üçün yaş məhdudiyyəti yoxdur. Son müraciət tarixi 27 may, saat 23:59-dur. Daha ətraflı məlumat və müraciət üçün linkə keçid edin: https://abbinnovation.az/en/hackathon
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
16 d. əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 32 d. əvvəl
-
51 d. əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib
-
2 saat əvvəl
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
-
3 saat əvvəl
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dolları keçib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
Ən çox oxunanlar
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"
Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dolları keçib



























