Azərkosmos qlobal kommunikasiya şirkətilə əməkdaşlıq müqaviləsi imzalayıb
Dubayda keçirilən “CABSAT” telekommunikasiya tədbiri çərçivəsində imzalanan müqavilənin əsas məqsədi Avropa, Yaxın Şərq, Afrika, Mərkəzi və Cənubi Asiyada enerji, kommunal xidmətlər və nəqliyyat sahəsində peyk rabitəsi üzərindən təqdim olunan xidmətləri genişləndirməkdir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumatda bildirilir ki, peyk rabitəsi sahəsində lider olan “Viasat” şirkəti özünün yüksək etibarlı “L” diapazonlu peyk xidmətlərini Azərbaycanda təqdim etmək üçün Azərkosmosla sıx əməkdaşlıq edəcək. Nəzərdə tutulan əməkdaşlıq çərçivəsində Azərkosmos və “Viasat” ən ucqar yerlərdə belə daha sərfəli, dayanıqlı və təhlükəsiz rabitə xidmətləri təklif edəcək. Sözügedən rabitə xidmətləri vasitəsilə nəqliyyat sistemləri üçün izləmə və telemetriya, enerji şirkətləri üçün boru kəmərinin monitorinqi və nəzarəti, kommunal xidmətlər üçün real vaxt rejimində nəzarət, mədənçilik və kənd təsərrüfatı üçün ətraf mühitin təhlükəsizliyinin monitorinqi kimi layihələr həyata keçiriləcək.
Qeyd edək ki, əməkdaşlıq sayəsində “Viasat” öz peyk xidmətlərini Azərbaycanda ilk dəfə təqdim edəcək.
“Viasat”ın Korporativ və yerüstü mobil əlaqə bölməsinin prezidenti Endi Kesslerin sözlərinə görə, şirkətin qlobal peyk donanması peyk telefonundan istifadə edən bir tədqiqatçıdan tutmuş, mürəkkəb təchizat zəncirlərini idarə edən böyük sənaye obyektlərinə qədər bütün dünyada geniş çeşidli sektorlara xidmət verir: “Buna nail olmaq üçün müştərilərin gözləntilərini ön plana çəkərək müxtəlif ekosistem tərəfdaşları ilə işləməkdən qürur duyduğumuzu bildiririk. Azərkosmosla əməkdaşlıq xidmətlərimizi yeni müştəri və təşkilatlara çatdırmaq üçün irəliyə doğru atılmış strateji addımdır”.
Öz növbəsində Azərkosmosun sədr müavini Fuad Aslanov peyk xidmətləri bazarında çevik reaksiyaların vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Azərkosmos qlobal miqyasda istehlakçı və biznes tərəfdaşlarına etibarlı xidmət əhatəsini genişləndirməyi hədəfləyir. “Strateji tərəfdaşımız olan “Viasat”la bu əlamətdar əməkdaşlıq bizim üçün Avropa, Yaxın Şərq, Afrika və Asiyada daha geniş imkanların yaradılmasına dəstək olacaq”, – deyə o bildirib.
“Viasat” haqqında:
“Viasat” 24 fərqli ölkədə ofisləri ilə təmsil olunan qlobal telekommunikasiya şirkətidir. Missiyası dünya üzrə rabitə istehlakçılarını, biznes oyunçularını və hökumətləri kommunikasiya xidmətləri ilə təmin etməkdir. 2023-cü ilin may ayında “Viasat” yeni qlobal kommunikasiya tərəfdaşı yaratmaq məqsədilə texnologiya və resurslarını birləşdirərək qlobal peyk operatoru “Inmarsat” şirkətini satın alıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















